Türkiyə mətbuatı, 20 aprel 2021

“Haber Türk”, “Star", “Sabah", “Yeni Şafak” və “Hürriyet” bu gün nələrdən yazır?

1624506
Türkiyə mətbuatı, 20 aprel 2021

 

“Haber Türk”: AK Partiyanın sözçüsü Ömər Çelikdən mühüm şərhlər

  Türkiyə Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik Yunanıstanın mühacirlərə qarşı mövqeyini tənqid edərək deyib: "Yunanıstan Sahil Təhlükəsizlik Qüvvələri rəsmi olaraq benzin tökərək, yandırmağa çalışaraq bir qırğına imza atmağa çalışdı. Serb qəssablarının etdiyi kimi, Ruandada olduğu kimi. Qəhrəmanlarımız orada olmasa, bu insanların hamısına Aralıq dənizini məzar edəcəkdilər. Siz demokratiyanızı əvvəl Aralıq dənizinin sularından qurtarın, ondan sonra danışın."

“Star": TSQ üçün inkişaf etdirildi, dünya heyran qaldı

  Türkiyə Silahlı Qüvvələri üçün inkişaf etdirilən və 15 dəqiqədə qurula bilən balistik qorumalı əmr və idarə konteyner bazası NATO hərbi təlimində bəyənildi və tam xal aldı. Baza üst səviyyə qoruma, kəşfiyyat infrastrukturu və hərəkətliliyi ilə təhlükəsizlik qüvvələrinə xidmət edir.

“Sabah": Yenilənəbilən enerji nisbəti 100 faizi məcbur edir

  Türkiyənin enerji və təbii qaynaqlar naziri Fateh Dönməz qurulma güc içərisindəki yenilənəbilən enerji nisbətinin 100 faizi istədiyini bildirərək deyib: "İlk üç ayda dövrəyə girən qurulma gücümüzün 97,9 faizi yenilənəbilən enerji qaynaqlarından ibarəıtdir."

“Yeni Şafak”: Rusiyalı turistlər Türkiyədə tətil etməyə qərarlıdır

  Rusiya Tur Operatorları Birliyinin (ATOR) başçısı Maya Lomidze Rusiyadan uçuşların dayandırılması ilə aprel və may aylarında Türkiyədə tətil edə bilməyəcək rusiyalı turistlərin əksəriyyətinin başqa ölkə dəyişikliyi etmədən Türkiyəyə gəlmək üçün başqa tarixləri gözlədiyini bildirib.

“Hürriyet”: Avropa Super Liqası cəhdi əsla qəbul edilə bilməz

  Türkiyə Futbol Federasiyası (TFF) bir sıra Avropa klubları tərəfindən yaradıldığı elan edilən Avropa Super Liqası layihəsi ilə əlaqədar prosesləri böyük narahatlıqla izlədiyini bildirib: "Dünya futbolunun gələcəyini tamamilə təhlükəyə atacaq bu mənasız təşəbbüsü qəbuledilməz hesab edirik."



Әlaqәli Xәbәrlәr