Türkiyə Mətbuatı, 12 aprel 2021

Türkiyə mətbuatında gündəmə dair dərc olmuş  xəbərlərdən  bəzilərinin xülasəsi

1619324
Türkiyə Mətbuatı, 12 aprel 2021

 “Star”: Türkiyədən Donbas məsələsinə münasibət

Prezident  administrasiyasının sözçüsü İbrahim Kalın bu barədə açıqlama verib. O qeyd edib ki,  Türkiyə Ukraynanın ərazi bütövlüyünü müdafiə etdir. Qara dəniz bölgəsində hər cür gərginlik və qarşıdurmadan hər kəsin mənfi  təsirlənəcəyinə inannır.  Krım Tatarlarının hüquqlarını müdafiə edən Türkiyə Rusiya ilə Ukrayna arasındakı problemlərin danışıqlar yolu ilə  həllinə  dəstək verir.

“Sabah”: Türkiyə Kosmosa addım-addım yaxınlaşır

Milli Kosmik Proqramı çərçivəsində 2023-cü ildə kosmosa göndərilməsi planlaşdırılan insansız kosmik gəmidə istifadə edilə bilən milli və orijinal hibrid raket mühərriki alovlanma sınağından uğurla keçdi.

Türkiyənin nəhəng roket sistemlərindən “SORS” texnologiya baxımından ən müasir  hibrid roket mühərrikə sahibdir. May ayında raket mühərrikinin bir versiyası Sinopdan buraxılacaq.

“Hürriyət”: Rusiyadan kosmik ilə əlaqəli təklif

Rusiyanın Ankaradakı səfiri Aleksei Erkhov Türkiyənin kosmik araşdırma mövzusundakı marağını yüksək qiymətləndirdiklərini bildirib və Türkiyəni bu sahədəki  uğurlu addımlarına görə  təbrik edib.  Türkiyənin kosmik sahədəki  araştırmalar ilə əlaqəli  aqarılan beynəlxalq  fəaliyyətlərə  töhfə verəcəyinə  inam ifadə edər Rus səfir ölkəsinin bu sahədə  Türkiyə ilə  əməkdaşlığa hazır olduğunu vurğulayıb.

 “Yeni Şəfəq”: Türkiyə sağlamlıq turizmində dünyada ilk 10 ölkə arasında iştirak edir

Forbes jurnalının hesabatına görə sağlamlıq turizmi 5 illik proyeksiyada  ən çox  inkişaf edən sektorlardan biridir. Sektorun əməliyyat həcminin hər il orta hesabla 24% artdığına diqqət çəkilən hesabatda, Türkiyənin sağlamlıq turizmi ən çox inkişaf etmiş 10 ölkə arasında  iştirak etdiyi bildirilib.

Haber Türk: Muğla hava limanı 2021-ci ilin ilk Rus turist qrupunu qarşıladı

Rusiyanın paytaxtı Moskvadan 212 sərnişinlə havaya qalxan təyyarə axşam Milas-Bodrum hava limanına enib.  Turistlər  hava limanındakı  işləri tamamlandıqdan sonra istirahətlərini  keçirəcək  Bodrum  mərkəzinə  cəlb olunublar. Bu mövsüm beynəlxalq uçuşlarda keçən ilə  müqayisədə artım olacağı  proqnozllaşdırılır.  



Әlaqәli Xәbәrlәr