Türkiyə mətbuat, 07 aprel 2021

Türkiyə mətbuatında gündəmə dair dərc olunan bəzi xəbərlərin xülasəsi

1616241
Türkiyə mətbuat, 07 aprel 2021

“Star”: İbrahim Kalın Avropa İttifaqı sammitinə münasibət bildirib

 Prezident administrasiyasının sözçüsü İbrahim Kalın, Prezident Rəcəb Tayyib Ərdoğanın Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula von der Leyen və Avropa Şurası Başçısı Charles Mişel ilə keçirdiyi görüşə münasibətində qeyd edib ki, Prezident Ərdoğan səmimi atmosferdə baş tutan görüşdə Türkiyənin Aİ ilə əlaqələrinin gələcəyinə dair perspektivlərinə diqqət çəkərək ölkəmizin Aİ prosesi daxilindəki əsas hədəfinin tam hüquqlu üzvlük olduğunu vurğulayıb.

“Yenişafak”: Prezident administrasiyasında Avropa İttifaqı Sammiti

Avropa Şurası Başçısı Mişel Prezident Ərdoğan ilə keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Avropa İttifaqının, Türkiyə ilə iqtisadi əməkdaşlıq, miqrasiya və xalqlar arasındakı əlaqələri yaxşılaşdırmaq üçün konkret addım atmaqda hazır olduğunu bildirib. Avropa İttifaqı Komissiyasının rəhbəri von der Leyen isə Gömrük Sisteminin tətbiqi ilə mövcud çətinlikləri müzakirə edərək problemlərin həlli uğrunda lazımlı addımları atacaqlarını qeyd edib.

“Hürriyet”: Bloombergdən diqqət cəlb edən xəbər

Maliyə qəzeti Bloombergdə “Baykur firmasının TB2 Silahlı pilotsuz uçuş aparatları Liviya və Azərbaycandakı qarşıdurmaların taleyini dəyişdirdi” başlığı ilə dərc olunmuş məqalədə Türkiyənin Silahlı pilotsuz uçuş aparatlarının Azərbaycanın Dağlıq Qarabağda əldə etdiyi zəfərə güçlü töhfə verdiyi vurğulanıb.

“Vətən”: Ümumdünya ‘turkishsouq.com' saytından alış-veriş edə biləcək Nəqliyyat və İnfrastruktur Naziri Adil Karaismailoğlu bu barədə açıqlama verib. O bildirib ki, “turkishsouq.com” platforması vasitəsi ilə İngiltərədən İtaliyaya, İsveçdən Portuqaliyaya, Rusiyadan Avstraliyaya, Kanadadan Braziliyaya 47 fərqli ölkəyə məhsul ixrac ediləcək.

“Sabah”: İstanbul Hava limanı 17 min uçuşla Avropa ölkələri hava limanları arasında lider mövqedə

Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatının (EUROCONTROL) 1-31 Mart tarixlərinə dair hesabatına görə İstanbul Hava limanı 17.407 uçuşla Avropada ən işlək hava limanı olub.

 



Әlaqәli Xәbәrlәr