Türkiyə mətbuatı, 6 aprel 2021

“Haber Türk”, “Star”, “Yeni Şafak”, “Vatan” və “Sabah” bu gün nələrdən yazır?

1615400
Türkiyə mətbuatı, 6 aprel 2021

 

“Haber Türk”: Ərdoğandan Montrö şərhi

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 1936-cı il Montrö Boğazlar Müqaviləsini ölkə üçün əhəmiyyətli gördüklərini, daha yaxşısı olana qədər bu müqaviləyə bağlılıqlarını davam etdirəcəklərini söyləyib. Ərdoğan gələcəkdə ehtiyac olarsa, ölkəni daha yaxşısına qovuşdurmaq üçün hər müqaviləni nəzərdən keçirəcəklərini bildirib.

“Star”: Ərdoğandan iki liderə telefon zəngi

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kosova prezidenti seçilən Vyosa Osmani-Sadriuya zəng edərək təbriklərini çatdırıb. Kosovadakı türk cəmiyyətinin yeni hökumətin qurulması və prezident seçkilərində fəallığını qiymətləndirən Ərdoğan iki ölkə arasındakı tarixi dostluq və qardaşlıq əlaqələrinin yeni dövrdə daha da möhkəmlənəcəyinə inandıqlarını vurğulayıb.

  Ərdoğan Qətər əmiri əl-Sani ilə də telefonda danışıb, onunla ikitərəfli əlaqələr və bölgə məsələlərini müzakirə edib.

“Yeni Şafak”: Türkiyə Rusiya ilə kosmos müqaviləsi bağlaya bilər

  Türkiyə Kosmos Agentliyinin rəhbəri Hüseyin Yıldırım Rusiya ilə kosmos sahəsində əməkdaşlıq müqaviləsinin yaxın zamanlarda imzalana biləcəyini söyləyərək deyib: “Milli hədəflərimiz istiqamətində təyin etdiyimiz ölkələrlə və beynəlxalq qurumlarla əlaqələr qururuq. Rusiya da daxil olmaqla bir çox ölkə ilə əməkdaşlıqla bağlı bir sıra işləri icra edirik və yaxın zamanlarda müqavilələri imzalamağı planlaşdırırıq”.

“Vatan”: Türkiyə ilə Azərbaycan arasında yeni əməkdaşlıq

  Şəxsiyyət vəsiqəsi ilə səyahətin başlandığı Türkiyə və Azərbaycan arasında yeni bir razılaşma həyata keçirilir. İmzalanan protokolla başda səhiyyə olmaqla ortaq turizm platforması yaradılacaq. Bu razılaşmanın iki ölkə arasındakı səfər sayını ciddi nisbətdə artıracağı gözlənilir.

“Sabah”: SİHA-lardan sonra növbəti hədəf pilotsuz döyüş təyyarəsidir

  Türkiyənin sərhəd kənarı hərəkatlarda böyük rol oynayan, son olaraq Azərbaycanın Dağlıq Qarabağ zəfərində Ermənistan ordusuna ağır zərbələr vuran Türkiyə silahlı pilotsuz uçan aparatlarının (SİHA) yaradıcısı Səlcuq Bayraqdardan yeni layihə şərhi gəldi. O, pilotsuz döyüş təyyarələrinin istehsalı üçün də çalışmaların sürdüyünü bildirdi.



Әlaqәli Xәbәrlәr