Türkiyə mətbuatı, 2 aprel 2021

Türkiyə mətbuatında gündəmə dair dərc olunmuş xəbərlərin xülasəsi

1613320
Türkiyə mətbuatı, 2 aprel 2021

“Star”: Türkiyə bunun güclü qəhrəmanıdır

 Dünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhano Qebreyesus, 2021-ci ilin Beynəlxalq Səhiyyə İşçiləri İli olmasının güçlü qəhrəmanının Türkiyə olduğuna diqqət çəkib və epidemiyanın tüğyan etdiyi bir dövrdə Türkiyədə sağlamlıq işçilərinin vaksinasiya olmalarını yüksək qiymətləndirdiyini bildirib. Xatırladaq ki, ÜST Türkiyənin təklifinə görə, 2021-ci ili “Səhiyyə işçiləri ili” elan edib.

“Hürriyet”: İki ölkə arasında yeni bir dövr

Azərbaycan ilə Türkiyə arasında şəxsiyyət vəsiqəsi ilə səyahət protokolu dünən qüvvəyə mindi. Xarici İşlər Naziri Mövlud Çavuşoğlu sosial media hesabından paylaşdığı açıqlamada: “Azərbaycanla səyahət şəxsiyyət vəsiqəsi ilə mümkün hala gəldi. Vətəndaşlarımıza və azərbaycanlı qardaşlarımıza xeyirli olsun.

“Yenişafak”: İxrac həcmi cari ilin Mart ayında bütün dövrlərin ən yüksək rəqəminə çatıb.

Ticarət naziri Ruhsar Pekcan, Mart ayında ixrac həcminin 2020-ci ilin müvafiq dövrünə müqayisədə 42,2% artaraq 18 milyard 985 milyon dollara çatdığını bildirib və bunun bütün dövrlərin ən yüksək aylıq ixrac rəqəmi olduğuna diqqət çəkib.

“Habertürk”: TOGG dünyaca məşhur dizayn lideri

 Türkiyənin Avtomobil Müəssisə Qrupu (TOGG), Volkswagen və Mercedes-Benzin keçmiş baş dizayneri Murat Günakı dizay lideri olaraq şirkət qrupuna daxil olduğunu bildirib.

“Sabah”: THY orta hesabla gündəlik 755 uçuşla Avropa liderliyini qoruyur Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatının (Eurocontrol) 31 Martda açıqladığı uçuş trafiki hesabatına görə, Türk Hava Yolları (THY) gündəlik orta hesabla 755 uçuşla Avropa rəqiblərini üstələyib.



Әlaqәli Xәbәrlәr