Türkiyə mətbuatı, 25 mart 2021

“Hürriyet”, “Star”, “Sabah”, “Yeni Şafak” və “Haber Türk” bu gün nələrdən yazır?

1608052
Türkiyə mətbuatı, 25 mart 2021

 

“Hürriyet”: Ərdoğan “2023 zəfər ili olacaq" dedi

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının 7 Böyük Konqresində 2023-ci il manifestini açıqladı. Konqresdən sonra təşəkkür çıxışında Ərdoğan: "2023 Respublika İttifaqının zəfər ili olacaq" deyə vurğuladı.

  R.T.Ərdoğan konqresdə 1428 səslə yekdilliklə yenidən AK Partiyanın sədri seçildi.

“Star”: Türkiyədən ABŞ-a S-400 cavabı

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın dövlət katibi Entoni Blinken (Anthony Blinken) ilə Brüsseldə bir araya gəldi. Görüşlə bağlı Çavuşoğlu deyib: "Blinken ilə məhsuldar bir görüşümüz oldu. Rusiyadan S-400 aldığımızı və bu məsələnin bizim üçün bitdiyini söylədik. ABŞ Dövlət Departamentinə Türkiyə-ABŞ ikitərəfli geniş toplantı təklifimiz razılıqla qarşılandı."

“Sabah”: 1,4 milyon “Biontech” peyvəndi Türkiyədə

  Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca sosial mediadan etdiyi paylaşmala 1,4 milyon ədəd “Biontech” peyvəndinin Türkiyəyə gəldiyini və təhlükəsizlik testlərindən sonra vətəndaşlara tətbiq olunacağını açıqladı.  

“Yeni Şafak”: NATO heç bir müttəfiqinin Türkiyə qədər mühacir saxlamadığını bildirdi.

  NATO-nun baş katibi Yens Stoltenberq (Jens Stoltenberg) NATO Xarici İşlər Nazirləri Toplantısından sonra etdiyi şərhdə Türkiyənin mühüm bir müttəfiq olduğunu vurğulayaraq: "Türkiyənin İraq və Suriya ilə sərhədləri mövcuddur və beynəlxalq terrorla mübarizədə əhəmiyyətli rolu vardır. Başqa heç bir müttəfiq Türkiyə qədər mühacir saxlamır", - deyib.

“Haber Türk”: “Bitci Teknoloji” ilə “Formula-1” komandası “McLaren” arasında əməkdaşlıq müqaviləsi imzalandı

  “Bitci Texnoloji” ilə “Formula-1” komandası “McLaren” arasında razılığına gəlindi. Əməkdaşlıq müqaviləsinə görə, “Bitci Texnoloji” şirkətinin “bitci.com”un loqosu “McLaren” “Formula-1” komandaları və pilotların kaskalarında istifadə ediləcək. Beləliklə, ilk dəfə bir Türkiyə şirkəti bu sahədə “Formula-1” tədbirlərində yer alacaq.



Әlaqәli Xәbәrlәr