Türkiyə mətbuatı, 4 mart 2021

“Haber Türk”, “Vatan”, “Star”, “Sabah” və “Hürriyet” bu gün nələrdən yazır?

1594681
Türkiyə mətbuatı, 4 mart 2021

 

“Haber Türk”: Çavuşoğlu “Misirlə dəniz səlahiyyət sahələrini müzakirə edə bilərik" dedi.

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Şərqi Aralıq dənizində dəniz səlahiyyət sahələriylə əlaqədar əlaqələrin Misirlə müzakirə edilə biləcəyini söylədi: “Qarşıda öz aramızda müqavilə imzalaya bilərik”.

“Vatan”: Fuad Oqtay “Bu həftə daha 20 min “Covid-19” peyvəndini Qıbrıza göndəririk" dedi

  Türkiyənin vitse-prezidenti Fuad Oqtay Şimali Kipr Türk Respublikasının (ŞKTR) baş naziri Ersan Saner ilə martın 3-də paytaxt Ankarada təşkil edilən mətbuat konfransında bildirib: "Bu həftə daha 20 min “Covid-19” peyvəndini Qıbrıza göndəririk. Beləcə, ümumi peyvənd yardımımız 100 minə çatmış olur. Beləliklə, dünyada ən yaxşı ilk 1-2 ölkə arasında oluruq".

“Star”: Terror təşkilatı PKK-ya nəfəs verilmir; 126-sı zərərsizləşdirildi

  Türkiyə Təhlükəsizlik Qüvvələri bölücü terror təşkilatı PKK/YPG-yə qarşı əməliyyatlarını müvəffəqiyyətlə davam etdirir. 2021-ci ilin fevral ayından ölkəiçi və xaricində təşkil edilən əməliyyatlarda 126 terrorçu zərərsizləşdirilib.

“Sabah”: Türkiyənin zirehli maşını “Cobra II” yeni versiyasıyla ən təhlükəli vəzifələrə hazırdır

  Türkiyə müdafiə sənayesinin zirehli quru vasitəsi istehsalçılarından olan “Otokar” “Cobra II” məhsul ailəsinə "minaya qarşı qoruyucu maşın" əlavə etdi. “Cobra II 4x4” zirehli maşını Türkiyə və dünyanın 15 ölkəsində olan “Cobra” məhsul ailəsinin yeni modeli olaraq hazırlanıb.

“Hürriyet”: Fleyta sənətkarı Bülent Evcil İtaliyanın məşhur “Falaut” jurnalının üz qapağında əks olunub.

  İstanbul Dövlət Simfoniya Orkestrinin (İDSO) müdiri və fleyta sənətkarı Bülent Evcil İtaliyanın 30 ildən çoxdur yayınlanan məşhur sənət jurnalı "Falaut"un üz qapağında yer alıb. Dünyanın tanınmış fleyta ifaçılarından biri olan Evcil ilə müsahibənin dərc olunduğu jurnalda sənətkarın Braziliya, Amerika, İtaliya kimi fərqli ölkələrdəki konsertlərindən, müvəffəqiyyətlərindən, aldığı mükafatlardan bəhs edilib.



Әlaqәli Xәbәrlәr