Türkiyə mətbuatı, 3 mart 2021

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1593935
Türkiyə mətbuatı, 3 mart 2021

"Yenişafak": Prezident Ərdoğan İnsan Haqları Fəaliyyət Proqramını elan etdi
Dövlət başçısı bu münasibətlə keçirilən mərasimdə çıxış edib. Türkiyənin ədalətli mübarizəsinin təməlində insan, onun şərəfi və hüquqlarının dayandığını diqqətə çatdıran Prezident Rəcəb Tayyib Ərdoğan deyib ki, bu istiqamətdə müəyyən edilmiş strategiyaların qorunması başlıca prinsipdir.

"Star": "Türkiyənin dəstəyini heç vaxt unutmayacağıq"

Azərbaycanın mədəniyyət naziri Anar Kərimov "Qardaş Türkiyənin dəstəyini yalnız Qarabağ müharibəsində deyil bütün tarix boyunca hiss etdik. 100 il əvvəl də Qafqaz İslam Ordusu ilə birlikdə Azərbaycanı, Bakını işğaldan azad etmişdik. Bu gün də Qarabağı sizin  dəstəyiniz ilə xilas etdik. Türk dövlətinə və qardaşlarımıza təşəkkür edirik. Bu dəstəyi heç unutmadıq, unutmayacağıq" ifadələrdən istifadə edib.

"Vatan": Bütün zamanların ən yüksək fevral ayı ixracı

Ticarət naziri Ruhsar Pekcan "Fevral ayında ixracatımız 9,6 faiz artaraq 16 milyard 12 milyon dollara çatdı. Beləliklə, 16 milyard dolları ötərək fevral ayının ən yüksək ixracat rəqəminə çatdıq" deyib.

"Sabah": Türk SPUA-ları ABŞ mətbuatının başlıqlarında

Türkiyənin xüsusilə PUA və SPUA-lar mövzusunda göstərdiyi performans dünya mətbuatının da diqqət mərkəzində oldu. ABŞ mətbuatında daha bir SPUA xəbəri gündəmə gəldi. Maraqlı təsbitlərin yer aldığı "Defense News"də SPUA-lar təriflənib. 

"Hürriyet": İstanbul Hava Limanı Avropada lider oldu

Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatının (EUROCONTROL) 22-28 fevral tarixli uçuş hərəkəti hesabatına görə, İstanbul Hava limanı gündəlik orta uçuş sayı baxımından keçən həftə Avropanın ən işlək meydanı oldu. İstanbul Hava Limanı gündə orta hesabla 501 uçuşla birinci yerdədir.



Әlaqәli Xәbәrlәr