Türkiyә mәtbuatı: 02 mart 2021

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1593207
Türkiyә mәtbuatı: 02 mart 2021

 

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

‘‘Yenişafak’’: Türkiyә prezidenti mәrhәlәli normallaşma prosesi ilә bağlı bәyanat yayıb.

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Nazirlәr Kabinetinin iclasından sonra әhәmiyyәtli bәyanatlar verib.

Prezident Aparatında (Cumhurbaşkanlığı) keçirilən iclasda  “Covid-19”la mübarizə çərçivəsində mərhələli normallaşmanın ayrıntıları - üz-üzə təhsil, restoran və kafelərin vəziyyəti, küçəyəçıxma məhdudlaşdırması, peyvənd müddəti ilə bağlı yeni qərarlar açıqlandı.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2 martdan başlayaraq idarəli normallaşmaya keçiləcəyini bəyan etdi. Epidemiya tədbirlərinin tətbiqindən təxminən bir il keçdiyini xatırladan Ərdoğan dedi: “Bütün şəhərlər 4 risk qrupuna ayrılıb. Bu kateqoriyalar hər həftə nəzərdən keçiriləcək. Tədbirlərdə xəstəliyin gedişatına görə, 2 həftədə bir yerli qaydalar müəyyən ediləcək”.

‘‘Sabah’’: Lütfi Elvan iqtisadi canlanmanı qiymәtlәndirib.

Türkiyә iqtisadiyyatı 2020-ci ildә 1,8 faiz,  keçәn ilin son rübbündә isә 5,9 faiz inkişaf edib. Bu barәdә Türkiyәnin xәzinә vә maliyyә naziri Lütfi Elvan  mәlumat verib.Lütfi Elvan deyib: ‘‘Türkiyә iqtisadiyyatı qlobal epidemiya böhranın damğa vurduğu 2020-ci ildә dә inkişaf etmәyә davam edib’’.

‘‘Habertürk’’: Türkiyәdә istehsal edilәn әn geniş elektrikli qayıq Norveçdә sınaqdan keçirilib.

Norveçin Türkiyәdәki sәfiri Erlinq Skjonsberq deyib: ‘‘Türkiyәdә istehsal edilәn dünyanın әn geniş elektrikli NB42  adlı qayığı Norveçdә müvәffәqiyyәtlә sınaqdan keçirilib. Sәfir Erlinq Skjonsberq paylaşımında qayığın görüntülәrini dә paylaşıb.

‘‘Star’’: Fransa mәhsullarına qarşı boykot kampaniyası öz tәsirini göstәrdi! Türkiyәyә tәşәkkür etdilәr.

Dünya Müsәlman Alimlәr Birliyinә üzv Şeyx Sağir Fransa mәhsullarına qarşı boykot kampaniyasının öz tәsirini göstәrdiyini vurğulayaraq Türkiyә vә Pakistan rәhbәrliklәrinә tәşәkkür edib.

‘‘Vatan’’: Salda gölünün UNESKO-nun Dünya Mәdәni İrs siyahısına daxil edilmәsi üçün müraciәt edilib.

Burdurun Yeşilova qәsәbәsindә yerlәşәn Salda gölünün UNESKO-nun Dünya Mәdәni İrs  siyahısına daxil edilmәsi üçün müraciәt edilib. Mәlumata görә, müraciәt Salda Gölünü Qoruma Dәrnәyi tәrәfindәn edilib.Müraciәtdә Salda gölünün qorunmasının әhәmiyyәti vurğulanıb. Gölün ekoloji vә elmi baxımdan әhәmiyyәtinә diqqәt çәkilib.



Әlaqәli Xәbәrlәr