Türkiyə mətbuatı, 18 fevral 2021

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1585834
Türkiyə mətbuatı, 18 fevral 2021

"Habertürk": Ərdoğan: "Mart ayında tədricən normallaşma "

Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra verdiyi bəyanatda tədricən normallaşma prosesinə toxunub: "Şəhərlərimizi Səhiyyə Nazirliyinin meyarlarına görə dörd qrupa ayıraraq tədricən normallaşma prosesinə başlayırıq. Buna görə vilayətlərimizi aşağı, orta, yüksək və çox yüksək risk olaraq təsnif edəcəyik. Normallaşma təqvimini də buna uyğun olaraq həyata keçirəcəyik".
"Yenişafak": İngilis mətbuatından Türkiyənin SPUA-larına tərif 
İngiltərə mətbuatında Türkiyənin SPUA-ları (Silahlı İnsansız Uçuş Aparatı) gündəmdə olmağa davam edir. "Telegraph" qəzeti xüsusilə Azərbaycan tərəfindən Dağlıq Qarabağda qazanılan uğurun arxasında Türkiyənin SPUA-larının olduğunu yazıb.
"Star": "Yunanistan insanlığa qarşı cinayətlər törətməyə davam edir
Milli Müdafiə Nazirliyi Yunanıstan tərəfindən telefonları və pulları müsadirə edilən. Zorakılıq tətbiq edərək qanunsuz olaraq Türkiyəyə sürgün edilməyə cəhd edilən və donma təhlükəsi yaşayan qaçqınlar xilas olunduğunu açıqladı.
"Sabah": Nazir Karaismailoğlundan "Türksat 5A" açıqlaması
Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu kosmosa fırladılan "Türksat 5A" haqqında verdiyi açıqlamada "Bu günə qədər peykimizin bütün alt sistemləri problemsiz şəkildə işləyir. Peykimiz orbitinə çatdıqdan sonra orbital testlər ediləcək. və iyun ayından etibarən alınacaq və işə başlayacaq. " ifadələrdən istifadə etdi.

"Hürriyet": Türkiyə 4 yanvar tarixində ən yüksək beynəlxalq transfer edən 4-cü ölkə oldu
Türkiyə futbolda 2021-ci ildə ara transfer dövrünün ən çox beynəlxalq transfer reallaşdıran ölkələr sırasında 4-cü yerdədir. FIFA-nın hesabatına görə, ara transfer dövründə İspaniya 145, Portuqaliya 143, İngiltərə 140, Türkiyə 123 beynəlxalq transfer reallaşdırdı.



Әlaqәli Xәbәrlәr