Türkiyə mətbuatı, 02, fevral 2021

Türkiyə mətbuat və vəriliş orqanlarında gündəmə dair dərc olunmuş xəbərlərin xülasəsi

1575577
Türkiyə mətbuatı, 02, fevral 2021

“Yenişafak”: Prezident Ərdoğan sürücüsüz idarə olunan avtobusun ilk sərnişini oldu

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə mühəndisləri tərəfindən istehsal olunmuş sürücüsüz idarə olunan sərnişin avtobusla bağlı “Telegram” sosial şəbəkə hesabından videoməlumat yayıb. Avtobusun önündə çəkilən şəklini də paylaşım edən dövlət başçısı: “Sevimli qardaşlarım dünyanın seriyalı istehsal olunan ilk 4-cü səviyyə sürücüsüz və elektirikli avtobusumuzu, “ATAK Electric”i test etdik. “KARSAN” və “ADASTEC” firmalarımızın birgə istehsalı olan “ATAK Electric” qürurumuz olacaq. Ölkəmiz üçün xeyirli olsun”.

“Star”: Çavuşoğlu Türkiyə öz hesabatlarını yazacaq deyib.

 İndiyə qədər Avropa İttifaqı ilə ABŞ-nın, Türkiyə və digər ölkələr haqqında hesabat yazdığını ifadə edən Xarici işlər naziri Mevlüt Çavuşoğlu, bundan belə Türkiyə Respublikası Xarici İşlər Nazirliyi olaraq ölkələrdəki İslamofobiya xarici düşmənçilik, irqçilik fəaliyyətlərinə dair hər il hesabatlar hazırlayacaqlarını və bunları ümumdünyaya açıqlayacaqlarını qeyd edib.

“Sabah”: Milli Müdafiə Nazirindən Türkiyə-Rusiya Ortaq Monitorinq Mərhəzinə dair şərh

Milli Müdafiə Naziri Hulusi Akar, Dağlıq Qarabağda atəşkəsin qorunmasına xidmət edəcək Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin işə başladığını ifadə edərək: “Ümidimiz, arzumuz bu mərkəzin də töhfəsi ilə bütün digər işlər ilə yanaşı atəşkəsin daimi olması, bölgədə sabitlik və sülhün hakim olmasıdır”.

“Habərtürk” : Nazir Dönməz 2020-ci ildə Türkiyədə neft istehsalının 1,5 milyon barel artdığını bildirib

Enerji və Təbii Qaynaqlar naziri Fatih Dönməzin sözlərinə görə 2020-ci ildə neft istehsalı 2019-cu ilə müqayisədə 1,5 milyon barel artaraq 22 milyon barelə çatıb.

“Vatan”: Turizmdə rekord inkişaf! Türkiyə tarixində ilk

 Antalya Şəhər Şurası Turizm İş Qrupu Başçısı Rəcəb Yavuz Yanvar ayında 2 milyon 287 min turistə ev sahibliyi edildiyini bunun isə ötən ilin müvafiq dövrünə müqayisədə rekord rəqəm olduğunu bildirib.



Әlaqәli Xәbәrlәr