Türkiyə mətbuatı, 26 yanvar 2021

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1570964
Türkiyə mətbuatı, 26 yanvar 2021

"Sabah": Kalın: "Egey dənizi də daxil olmaqla bütün problemləri həll etmək mümkündür"

Türkiyə ilə Yunanıstan arasındakı tədqiqat danışıqlarının 61-ci mərhələsi dünən İstanbul Dolmabahçe İş Bürosunda keçirildi. Prezident Aparatının sözçüsü İbrahim Kalın toplantıdan sonra sosial media hesabından "Egey dənizi də daxil olmaqla bütün problemləri həll etmək mümkündür" mesajını paylaşdı.

"Haber Türk": Aİ Türkiyə ilə müsbət irəliləyişi davam etdirmək istəyir

Avropa İttifaqının xarici әlaqәlәr vә tәhlükәsilik siyasәti üzrә ali nümayәndәsi Cozef Borrel Xarici İşlər naziri Mövlud Çavuşoğlunun keçən həftə Brüsseldəki təmaslarından sonra Türkiyә ilә son hәftәlәrdә әldә olunan  müsbәt irәlilәyişi davam etdirmәk mövzusunda razılaşdıqlarını bildirib.

"Star": Rusiya ilə imzalar qoyuldu

Rusiyanın peyvəndi "Sputnik V"-nin Türkiyədə peyvənd istehsalı üçün müqavilə imzalandı. "ViscCoran" Əczaçılıq Sənayesi İdarə heyəti başçısı Öztürk Oran "Texnologiya transferi və Səhiyyə Nazirliyindəki prosedurlardan sonra peyvəndin istifadəsinə icazə veriləcək. Sonra Türkiyədə istehsal ediləcək və seriyalı istehsala başlanılacaq.

"Hürriyet:" 19 aşpaz Türkiyəni tanıtacaq

Mədəniyyət və Turizm Nazirliyi ölkə xaricində Türkiyəni təbliğ etmələri üçün 19 aşpaz seçib. Siyahıda "Masterchef" proqramı ilə tanınan Somer Sivrioğlu, aşpazlığa başlamazdan əvvəl peşəkar sörf edən Kamal Demirasal, duz səpmə hərəkəti ilə bütün dünyada tanınan qəssab Nusret Gökçe, televiziya yemək proqramları ilə tanınan Aylin Yazıcıoğlu, və Arda Türkmen də yer alıb.

"Yeni Şafak": 30 ölkəyə 3 min ton çay ixracı

Keçən il Rize şəhərindən 30 ölkəyə 3 min 64 ton çay ixrac edildi. Əvvəlki il ilə müqayisədə ixrac olunan çay miqdarında 8 faiz. qiymətində isə 5 faiz artım olub.



Әlaqәli Xәbәrlәr