Türkiyə mətbuatı, 21 yanvar 2021

Türiyə mətbuatında gündəmə dair əks edən xəbərlərin xülasəsi

1568034
Türkiyə mətbuatı, 21 yanvar 2021

“Habertürk”: Prezident Ərdoğandan 'dil' mesajı

Prezident Rəcəb Tayyib Ərdoğan, 2019-2020-ci illər Mədəniyyət və Turizm Nazirliyinin Xüsusi Mükafat Mərasimində etdiyi çıxışında, "Dillərini qorumayan və dilini zənginləşdirə bilməyən millətlər kökləri qurumuş ağaclar kimi əsən küləklər qarşısında yıxılmağa məhkumdur".

“Yenişafak”: Türk Qırmızı Aypar Cəmiyyəti tərəfindən İdlibdə inşa edilən kərpiç evlər tamamlandı

Suriyadakı hücumlar   səbəbiylə İdlibə köç edən qaçqınlar üçün Türkiyənin tikdiyi kərpiç evlər sürətlə tamamlanır. Sarmada rayonunun Maşat Ruhin səmtində Türk Qırmızı Aypara Cəmiyyəti tərəfindən inşa edilməyə başlanan 1228 kərpiç evin 748-i məskunlaşmağa hazır hala gətirilib. 1 otaq, hamam, tualet və mətbəxdən ibarət 39 kıvadra metr kərpiç evlər hər cür hava şəraitinə müqavimətlidilər.

“Hürriyet”: "Türksat 5A-nın irəliləyişi planlaşdırıldığı kimi davam edir

 Nəqliyyat və İnfrastruktur Naziri Adil Qaraismailoğlunun sözlərinə görə Türksat-5A peykinin alt sistem sınaqları heç bir problem olmadan tamamlanıb. Peyk ilə  əlaqəli   bütün əməliyyatlar planlaşdırıldığı kimi davam edir.

“Sabah” : "Bu ölkələrdə BİP-ə maraq artır

Türkiyənin yerli yeni rabitə platforması BİP-dən xaricdə istifadə edənlərin sayı 8 milyona çatıb. Ən çox seçilən tətbiqlər arasında iştirak edən BİP, Bəhreyn, Banqladeş, Qətər, Pakistan, Səudiyyə Ərəbistanı və Omanda digər tətbiqlərə müqayisədə ən çox istifadə edilən rabilə platforması olub.

“Star”: Türkiyədə istehsal edilən bu məhsul bir çox ölkədə istifadə edilir

2020-ci ildə Türkiyənin ədviyyat ixracı 2019-cu ilə müqayisədə 15% artaraq 201 milyon 735 min dollara yüksəldi. Məhsulun ixrac edildiyi ölkələr arasında 29 milyon 743 min dollar ilə ABŞ ilk sırada iştirak edərkən bu ölkəni 22 milyon 822 min dollarla Almaniya, 8 milyon 941 min dollarla Çin izləyib.



Әlaqәli Xәbәrlәr