Türkiyə mətbuatı, 15 yanvar 2021

Türkiyə mətbuatında gündəmə dair dərc olunmuş xəbərlərin xülasəsi

1564107
Türkiyə mətbuatı, 15 yanvar 2021

“Vatan”: Prezident Ərdoğan koronavirus peyvəndi vuruldu

 Prezident Rəcəb Tayyib Ərdoğan, Ankara Şəhər Xəstəxanasında koronavirus (Kovid-19) peyvəndi vuruldu. Prezident vaksen olduqdan sonra verdiyi açıqlamada: “Uğurla davam edən peyvənd vurulma proqramı çərçivəsində bu günə dək 254 min səhiyyə işçimizə peyvənd vurulub. Mən də onlara qatıldım. Bütün vətəndaşlarımızın qısa müddətdə peyvənd vurulmaları üçün lazımlı tədbirlər sürətlə həyata keçirilir.

“Yenisafak” Ukrayna Xarici işlər naziri Kuleba: “Türkiyənin dəstəyi olmazdan mümkün deyildi”

Ukrayna Xarici işlər naziri Dmitro Kuleba Liviyada tutulan Ukrayna dənizçilərinin geri qayıdmalarına münasibət bildirib. O dənizçilərin xilas edilməsinə dair əməliyyata Türkiyənin dəstəyini yüksək qiymətləndirib.

“Sabah”: Vaşinqton Times-dan iltifat təhlili! Türk silahlı pilotsuz uçuş aparatları yeni dövr başladır”

 ABŞ-ın Vaışinqton Times qəzeti, Türkiyənin silahlı pilotsuz uçuş aparatlarına dair maraqlı bir təhlil yayımlayıb. Azərbaycanın Dağlıq Qarabağda Ermənistana qarşı qalib gəlməsində əhəmiyyətli rol oynayan “Bayraktar TB2”-nin texnoloji üstünlüyünə diqqət çəkilən təhlildə, Türk silahlı pilotsuz aparatların qlobal miqyasda bütün müharibələrin gedişatını dəyişdirəcək gücə sahib texnika olduqları vurğulanıb.

“Hürriyet”: İstanbul Havalimanı Dünyanın ən yaxşı hava limanları sorğusuna namizəd göstərildi

İstanbul Hava limanı, “Travel and Leisure” jurnalının təşkil etdiyi ‘Dünyanın Ən Yaxşı 10 Beynəlxalq Hava limanı’ sorğusunda beynəlxalq hava limanları ilə yarışır. Oxucuların səs verdiyi anketdə "https://wba.m-rr.com/home" saytını ziyarət etmək və səs vermək üçün müvafiq addımlar izlənilməlidir.

“Star”: THY Avropa rekordu qırıb

 Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatı (EUROCONTROL) tərəfindən yayımlanan məlumatlara görə, Türk Hava Yolları 13 yanvar tarixində 543 uçuşla Avropada rekord qırıb.

 



Әlaqәli Xәbәrlәr