Türkiyə mətbuatı, 9 dekabr 2020

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1542120
Türkiyə mətbuatı, 9 dekabr 2020

"Vatan": Prezident Ərdoğan Ayasofya Məscidinə xəttatlıq tablosu hədiyyə etdi
Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda 86 ildən sonra yenidən ibadətə açılan Ayasofya məscidinə xəttatlıq tablosu hədiyyə etdi. Xəttat  Mehmet Özçayın tablosunda son müqəddəs kitab olan Qurani-Kərimdən Ali-İmran Surəsinin 159 və 160-cı ayələri yer alıb.
"Haber Türk": Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Aİ ilə bağlı bəyanatı
Xarici İşlər naziri Mövlud Çavuşoğlu Macarıstanın Xarici İşlər naziri Peter Szijjarto ilə görüşündən sonra dünən verdiyi açıqlamada Avropa İttifaqı (Aİ) ilə problemlərin yalnız dialoq və diplomatiya yolu ilə həll edilə biləcəyini söylədi. Çavuşoğlu Aİ-nin Yunanıstanla əlaqəli məsələlərdə dürüst vasitəçi rolunu oynamalı olduğunu bildirdi.
"Hürriyet": Ömər Çelikdən əhəmiyyətli açıqlamalar
Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömer Çelik Mərkəzi Qərar Şurası Toplantısından (MKYK) sonra verdiyi açıqlamada Fransanın qondarma Dağlıqı Qarabağ Respublikasını tanımasına sərt reaksiya verdi və "Fransa durub Qarabağın müstəqilliyini tanıyır. Dağlıq Qarabağ Respublikasını orada tanımaq demək ordakı işğalın təsdiqlənməsi deməkdir, eyni zamanda Birləşmiş Millətlər Təşkilatının qərarlarına zidd bir vəziyyətdir" dedi.
"Star": Nazirlər Varanktan Türkiyəyə investisiya mesajı
Sənaye və Texnologiya naziri Mustafa Varank dünən paytaxt Ankarada təşkil edilən Türkiyə-Macarıstan Birgə İqtisadi Komissiyasının 7. iclasında Türkiyəyə etimad edib sərmayə qoyanların gözləntilərindən daha çox qazanacağı bir dövrə girildiyini ifadə edərək, "Bizim üçün xarici sərmayədar yoxdur, sahibkarlar var. Gəlin Türk qonaqpərvərliyi ilə tanış olun, Türkiyəyə sərmayə qoyun" deyə çağırdı.
"Sabah": Türk alimləri inkişaf etdirdilər! Sinopdan kosmosa buraxıldı və vəzifəsini yerinə yetirib, geri qayıtdı
Orta Doğu Texniki Universitetinin (ODTÜ) türk tədqiqatçıları tərəfindən inkişaf etdirilən radiasiya texnologiyası kosmosdakı missiyasını uğurla başa vuraraq dünyaya qayıtdı. Beləliklə, ilk olaraq Türkiyədə inkişaf etdirilən ROKETSAN-ın Sinop Test Mərkəzindən fırlatdığı "Sonda raketi 0.1" ilə çıxdığı iki kosmik səyahətində vəzifəsini uğurla başa çatdırdı.



Әlaqәli Xәbәrlәr