Türkiyә mәtbuatı:27 noyabr 2020

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1535265
Türkiyә mәtbuatı:27 noyabr 2020

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

‘‘Hürriyet’’: Türkiyә ilә Qәtәr arasında kritik müqavilә imzalandı

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan dünәn Türkiyәyә sәfәr edәn Qәtәr Әmiri Şeyx Tәmim bin Hәmmad Әl Sanini rәsmi mәrasimlә qarşılayıb. Әrdoğan vә Sani Prezident İqamәtgahında baş tutan tәkbәtәk vә heyәtlәr arasındakı görüşlәrdәn sonra iki ölkә arasında әmәkdaşlığa dair 10 müqavilә imzaladılar.

‘‘Star’’: Oqtay: ‘‘Fәlәstin mәsәlәsindә birgә mövqe nümayiş etdirmәliyik’’

Türkiyә prezidentinin kömәkçisi Fuad Oqtay dünәn yeni növ koronavirus epidemiyası sәbәbindәn onlayn qaydada keçirilәn 36-cı İslam Әmәkdaşlıq Tәşkilatının İqtisadi vә Ticari Әmәkdaşlığının Daimi Şurasının nazirlәr sәviyyәsindәki iclasında iştirak edib. İclasda çıxış edәn Fuad Oqtay deyib: ‘‘Fәlәstin mәsәlәsindә birgә mövqe nümayiş etdirmәliyik. Bu sәbәbdәn fәlәstinli qardaşlarımızın vә İslam dünyasının gözlәdiyi lazımi addımları atmalıyıq’’.

‘‘Vatan’’: TBMM-nin sәdri Şentop BMT ilә bağlı bәyanat verib

Türkiyә Böyük Millәt Mәclisinin sәdri Mustafa Şentop dünәn verdiyi bәyanatda beynәlxalq tәşkilatların bir qisminin xüsusilә Birlәşmiş Millәtlәr Tәşkilatının öz missiyasını yerinә yetirә bilmәdiyini deyib. Mustafa Şentop deyib: ‘‘Beynәlxalq tәşkilatların yalnız müәyyәn ölkәlәrin  deyil, bütün bәşәriyyәtin faydasına xidmәt etmәlidir. Bu çәrçivәsә әhatәli islahatlara ehtiyac olduğunu düşünürәm’’.

‘‘Haber Türk’’: Hulusi Akar Fransaya Dağlıq Qarabağla bağlı reaksiya göstәrib

Türkiyәnin milli müdafiә naziri Hulusi Akar Fransa Senatının dırnaqarası ‘‘Dağlıq Qarabağ Respublikası’’nı tanıyan qәrarı ilә bağlı deyib: ‘‘Fransa ATӘT-in Mins qrupunun hәmsәdri olaraq bitәrәf mövqe nümayiş etdirmәlidir. Bu qәrar isә bunun belә olmadığını, Fransanın Qarabağla bağlı hәllin deyil, problemin bir hissәsi olduğunu bir daha göstәrib''.

‘‘Yeni Şafak’’: Nazir Soylu: ‘‘İlk dәfә açıqlayıram’’

Türkiyәnin daxili işlәr naziri Süleyman Soylu dünәn verdiyi bәyanatda bu ifadәlәrә yer verib: ‘‘Türkiyә bu gün terrorla mübarizәdә ilk dәfә dәhlizin sonuna bu dәrәcә yaxınlaşıb. Hazırki sayını açıqlayıram. Hazırda ölkә daxilindәki terrorçu sayı 320-dәk azalıb''.



Әlaqәli Xәbәrlәr