Türkiyə mətbuatı, 26 noyabr 2020

Türkiyә mәtbuatının bu gün dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1534539
Türkiyə mətbuatı, 26 noyabr 2020

"Vatan": Ərdoğandan yerli peyvәnd açıqlaması
Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Qrup yığıncağında çıxış edәn Prezident Rəcəb Tayyib Ərdoğan yerli peyvənd fәaliyyәtlәrilә əlaqədar müjdə verdi. Dövlәt başçısı yeni növ koronavirus (Covid-19) ilə mübarizə mövzusunda, "Öz peyvəndimizlə əlaqədar əhəmiyyətli bir yerə gəldik. İnkişaf etdirdiyimiz peyvəndi uzaqbaşı aprel ayında tətbiq səviyyəsinə gətirməyi planlaşdırırıq" dedi. 
"Hürriyet": Milli Tәhlükәsizlik Şurasının yığıncağıından sonra açıqlama: "İrini" əməliyyatına qarşı addımlar atılacaq
Prezident Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə Ankaradakı Prezident Aparatında keçirilən Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclasından sonra bәyanat verildi. MTŞ-nin bәyanatında ""İrini" әmәliyyatı çәrçivәsindә hәyata keçirilәn birtәrәfli, beynəlxalq hüquq və müttəfiqlik münasibətlərinə tamamilə zidd olan müdaxilә sәrt dillә qınanmışdır. Sözügedən tətiqә qarşı hər sahədə lazımlı addımlar atılacaqdır" ifadәsi yer alıb.
"Star": "Nazir Koca: "İlk yerli peyvəndimiz istifadəyə hazırdır"

Səhiyyə naziri Fәxrәddin Koca dünən verdiyi açıqlamada "Beynəlxalq standartlarda istehsal olunan ilk yerli peyvəndimiz istifadəyə hazırdır. Yetkin tip tetanus-difteriya peyvəndinin bütün istehsal prosesləri yerli vasitələrlə tamamilə başa çatdırılmışdır" dedi.
"Sabah": Nazir Varank: "Türkiyә ilk 5-likdə yer alır"
Sənaye və Texnologiya naziri Mustafa Varank dünən verdiyi açıqlamada Türkiyənin külək turbini avadanlığı istehsalı vә irimiqyaslı obyektlәrilә Avropada ilk 5-likdə olduğunu söylədi.
"Haber Türk": Karamanda həyəcanlı kəşf
Karamanın Ermenek qəsəbəsində üç bölgədə aparılan arxeoloji qazıntılarda onlarla qaya məzarı, Roma dövrünə məxsus su anbarları və qala divarları aşkar edilib.



Әlaqәli Xәbәrlәr