Türkiyə mətbuatı, 24 noyabr 2020

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1533119
Türkiyə mətbuatı, 24 noyabr 2020

"Hürriyet": 12 saat davam edən banditizm
Beynəlxalq hüquqa məhəl qoymayan alman dənizçilər Liviyaya ərzaq daşıyan Türkiyəyə məxsus gəmi "Roseline A"nı saxlayaraq axtarış apardılar. Gəmidə humanitar yardımdan başqa bir şey tapa bilməyən almanlar təxminən 16 saat sonra gəmini tərk etdilər. Bu hərəkəti qınayan Türkiyə Avropa İttifaqı (Aİ) və İtaliyaya nota verdi.
"Yeni Şafak": "Türkiyə gəmisində qanunsuz axtarış qəbuledilməzdir"
Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Aİ-nin qanuni hökuməti olan Liviya, Türkiyə və NATO ilə məsləhətləşmədən Aralıq dənizində başlatdığı "İrini" əməliyyatının tərəfsizliyinin mübahisəli olduğunu bildirdi. Aksoy bu şərtlərdə Türkiyədən Liviyaya nəqliyyat fəaliyyətini davam etdirən gəmilərə tətbiq edilən ikili standart və qeyri-qanuni hərəkətin (gəmidə qeyri-qanuni axtarış aparmaq) əsla qəbuledilməz olduğunu söylədi.
"Haber Türk": Liviyada qazanan Türkiyə oldu
Amerikalı mütəxəssis Jason Pack Liviyadakı müharibə hava sahəsində strateji olaraq tamamilə xaricilər tərəfindən həyata keçirildiyini ancaq müharibəni Türkiyənin qazandığını söylədi. Qeyri-qanuni qüvvələrin başçısı Xəlifə Hafterin və Liviya Milli Ordusunun Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) kimi ölkələrin dəstəyi ilə müharibəni başladan tərəf olduğunu bildirən Packer bu ilin əvvəlindən etibarən Türkiyənin pilotsuz uçuş aparatları başda olmaqla yeni hərb texnologiyaları qarşısında məğlubiyyətə məruz qaldığını qeyd etdi. 
"Vatan": Səmanın yeni sahibləri Türk SPUA-ları
İspaniyanın etibarlı qəzetlərindən "El Pais"də Türkiyənin pilotsuz uçuş aparatları (PUA) tərifləndi. "Göyün yeni sahibləri" ifadəsinin işlədildiyi Türk PUA-larının döyüşlərdə istifadə olunan digər hava aparatları ilə müqayisədə maliyyət və təsir baxımından daha yaxşı olduqları bildirilərək, "Məhv etdikləri hədəfləri qeyd edə bildikləri üçün həmin zamanda güclü bir təbliğat silahına da çevrilə bilirlər. Düşməni ruhdan salmaqda çox təsirli olurlar" deyilib.
"Sabah": Qış turizmində seçim Trükiyədir
Bu il Alplara gedə bilməyən rusiyalı və ukraynalı turistlər Türkiyəyə üz tutdu. Yüksək tələb otel rezervasiyalarını 80 faizə çıxardı. Türkiyədəki xizək mərkəzləri bu qış fəal bir mövsüm keçirəcək.



Әlaqәli Xәbәrlәr