Türkiyə mətbuatı, 23 noyabr 2020

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1532358
Türkiyə mətbuatı, 23 noyabr 2020

"Star": Ərdoğan: "DAEŞ-lə mübarizə aparan yeganə NATO ölkəsi bizik"
Prezident Rəcəb Tayyib Ərdoğan G20 zirvəsinə qatılan liderlərə müraciət edərək, "Yalnız qalmağımıza baxmayaraq 9 minə yaxın xarici terrorçu döyüşçünü yaxaladıq və ölkələrinə geri göndərdik. Suriyada DEAŞ ilə döyüşən yeganə NATO ölkəsiyik" dedi.
"Vatan": Milli Müdafiə Nazirliyinin "təzkərə" açıqlaması
Milli Müdafiə Nazirliyinin verdiyi açıqlamada Türkiyə hərbçilərinin Rusiya Federasiyası ilə birlikdə Dağlıq Qarabağda monitorinq mərkəzində bir il  olacağı bildirildi.
"Sabah": Almaniya mətbuatı: Avropa ölkələri Türkiyənin silahlı pilotsuz uçuş aparatlarının (SPUA) öhdəsindən gələ bilməz
Almaniyada dərc olunan "Tagesschau" xəbər saytı Türkiyənin SPUA-larını tərifləyib. Xəbərdə, Azərbaycan və Ermənistan arasındakı gərginlikdə, Türkiyənin verdiyi SPUA-ların Azərbaycanın qələbəsinə böyük bir qatqı təmin etdiyi ifadə edilib.  Xəbərdə 'Hazırda Avropa ölkələrinin sahib olduğu heç bir hava hücumundan müdafiə sisteminin Türkiyənin SPUA-larının öhdəsindən gələ bilməz" deyə yazıb. 
"Hürriyet": Test edildi ... Əvvəlcə "SOM" raketlərində istifadə ediləcək

Sənaye və Texnologiya naziri Mustafa Varank "Kale" şirkəti tərəfindən hazırlanan Milli Turbojet mühərrikini test etdi. Varank "Kale"nin inkişaf etdirdiyi və yaxın gələcəkdə təqdim edəcəyi bu mühərriklərlə ölkəmizdəki böyük bir boşluğu aradan qaldıracağıq" deyib. Milli Turbojet mühərriki əvvəlcə Hərbi Hava Qüvvələri Komandanlığına lazım olan "Stand-Off" sursatlarının (SOM) kütləvi istehsalında istifadə ediləcək. 
"Yenişafak":  ABŞ-da yaşayan 12 yaşlı türk oğlan şahmat üzrə dünya miqyasında ilk 100 arasında yer aldı
ABŞ-da yaşayan 12 yaşlı türk oğlan Kağan Uz yaş qrupunda şahmat üzrə ilk 100-lüyə daxildir. 6 yaşında şahmat oynamağı öyrənən və 9 yaşından mütəmadi şahmat oynayan Uz "Şahmatda yaxşı olmaq istəyirəm, oynamağa davam etmək istəyirəm, dayandırmaq fikrim yoxdur" deyib.



Әlaqәli Xәbәrlәr