Türkiyə mətbuatı, 20 noyabr 2020

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1531061
Türkiyə mətbuatı, 20 noyabr 2020

"Sabah": Ərdoğanın dəqiq mesajı: "Türkiyəni yeni bir yüksəliş yoluna daxil etdik"
Prezident Rəcəb Tayyib Ərdoğan dünən İstanbul Vahdəttin köşkündə Türkiyə İxracatçılar Məclisi heyətini qəbulu zamanı etdiyi çıxışda ''İqtisadi və siyasi tarazlıqlarda ciddi dəyişiklik yaşanır. Demokratiyamızı gücləndirərək sərmayə qoyuluşlarına fəallıq qazandıracağıq. Türkiyəni yeni bir trendə daxil edirik. Bunu da ölkəmizdəki bütün təbəqələrlə, xüsusilə də iş dünyamızla sıx dialoq, əməkdaşlıq və ahəng içində reallaşdıracağıq" ifadələrindən istifadə edib.
''Hürriyet": Xarici İşlərdən Pompeoya çox sərt reaksiya
ABŞ Dövlət katibi Mayk Pompeonun İsrailin işğalı altındakı Fələstin ərazilərinə qalmaqallı səfərinə Xarici İşlər Nazirliyi sərt reaksiya verdi. Nazirliyin açıqlamasında "Pompeonun İordan çayının qərb sahilinə səfərinin arxasında İsrailin işğal altında olan Fələstin ərazilərindəki qanunsuz hərəkətlərini qanuniləşdirmək dayanır" ifadəsi yer alıb.
"Vatan": Liviyadan Türkiyə açıqlaması
Milli Müdafiə naziri Hulusi Akar Liviyada sülh və sabitliyin təmin edilməsi  üçün Hafterə edilən bütün xarici yardımların təcili dayandırılmasının vacib olduğunu bildirib. Akar "Hafter qüvvələri və xarici muzdlular təhlükəsizlik, sabitlik və diplomatik səylər üçün böyük bir təhlükə yaradır. Hamımızın eyni fikirdə olduğu kimi, bu problemin hərbi həlli yoxdur" deyib.
"Haber Türk": Prof Uğur Şahinin yeni bəyanatı
 Almaniyanın biotexnoloji “BioNTech” firmasının ABŞ-ın "Pfizer" ilə birlikdə istehsal etdiyi yeni növ koronavirusa qarşı 95 faiz uğurlu olan vaksinin hazır olacağına dair sualına  “BioNTech” firmasının qurucularından Prof. Uğur Şahin cavab verib. Prof. Uğur Şahin, "Hər şey adi axarında olsa, dekabrın ikinci yarısında təsdiq ala bilərik və Milad bayramından əvvəl paylamağa başlaya bilərik. Ancaq bu, hər şey yaxşı olacağı təqdirdə mümkün ola biləcəkdir" deyib.
"Star": Çinli texnologiya nəhəngindən Türkiyə həmləsi hərəkət edir: Sərmayə qoyacağıq
Çinli texnologiya şirkəti Türkiyədə uzunmüddətli bir investisiya yatırmağa hazırlaşır. "H3C" şirkətinin yüksək səviyyəli rəhbərinin müavini Qary Huanq 'Türkiyə ilə uzunmüddətli bir investisiya planlaşdırırıq və birlikdə rəqəmsal dəyişikliyə nail olmağı hədəfləyirik" deyib.



Әlaqәli Xәbәrlәr