Türkiyə mətbuatı, 18 noyabr 2020

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1529664
Türkiyə mətbuatı, 18 noyabr 2020

"Habertürk": Prezident Ərdoğan yeni koronavirus tədbirlərini açıqladı
Prezident Rəcəb Tayyib Ərdoğan koronavirusla mübarizə üçün yeni tədbirlər açıqladı. Buna görə, mübarizə tədbirlərilə əlaqədar bu həftənin şənbə və bazar günündən başlayaraq (saat 10.00-dan 20.00-dək xaric) həftəsonu küçəyə çıxma məhdudiyyəti tətbiq olunacaq. Bundan başqa ölkədə yaşı 65-dən yuxarı və 20-dən aşağı olanların  həftənin bütün günləri (saat 10.00-20.00 xaric) küçəyə çıxmaları qadağan ediləcək. Ticarət mərkəzləri, mağazalar, qadın və kişi bərbərxanaların fəaliyyəti də  saat 10.00-dan 20.00-dək məhdudlaşdırılacaq. Müvəqqəti olaraq kafe və restoranlarda yalnız paket servisi xidmət göstəriləcəki, kitabxana, kinoteatrlar və futzal, voleybol meydançalarının fəaliyyətləri dayandırılacaq, əsas küçə və meydanlarda siqaret çəkmək qadağası davam edəcək, idman oyunları tamaşaçısız keçiriləcək. Məktəblər də ilin sonunadək qapalı olacaq, təhsil distant formada onlayn davam edəcək.
"Star": Türk əsgəri Qarabağ yolunda
Türk əsgərlərinin Azərbaycana göndərilməsi ilə bağlı qərar layihəsi Türkiyə Böyük Millət Məclisində təsdiqləndi. Qərara əsasən Azərbaycana gedəcək türk hərbi heyəti Qarabağda qurulacaq Türkiyə-Rusiya müşahidə mərkəzində bir il müddətinə fəaliyyət göstərəcək. Bu müddəti artırmaq səlahiyyəti TBMM-yə aiddir.
"Sabah": Nazir Akarın Şimali Kıbrıs Türk Cümhuriyyəti mesajı: Oldubitdiyə icazə verməyəcəyik"
Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah reisi və ordu komandanlarının iştirakı ilə keçirilən video telekonfrans konfransında, "Türkiyə olaraq həmişə olduğu kimi Şimali kıbrıs Türk Cümhuriyyətinin haqqına, hüququna yiyə duracaq, heç bir şəkildə pozuntuların olmasına icazə verməyəcəyik" deyib. Türkiyənin zəmanətlərə əsaslanan məsuliyyətləri yerinə yetirməyə davam edəcəyini ifadə edən Akar, heç bir oldubitdinin olmasına icazə verməyəcəklərini də bir daha dilə gətirib.
"Hürriyet": Elvan: "İslahat xüsusiyyətində olan hər sahədə vacib addımları atacağıq" '
Xəzinə və Maliyyə naziri Lütfi Elvan "Makroiqtisadi sabitliyə, maliyyə sabitliyinə və qiymət sabitliyinə böyük əhəmiyyət veririk. Bu, yol xəritəmizin ümumi çərçivəsidir" deyib.
"Yenisafak": “Akkuyu” Atom Elektrik Stansiyası (AES) üçün tarixi addım : Bütün Türkiyəni işıqlandıracaq
Enerji və Təbii Sərvətlər Nazirliyinin Twitter hesabında "Akkuyu" AES-in 3-cü bloku üçün tikinti lisenziyası verildi. İlk reaktor 2023-cü ildə istismara veriləcək və enerji portfelimiz yeni bir enerji mənbəyi ilə daha da şaxələndiriləcək. "Akkuyu"dan yüksələcək enerji bütün Türkiyəni işıqlandıracak" ifadələri işlədilib.



Әlaqәli Xәbәrlәr