Türkiyә mәtbuatı:13 noyabr 2020

Türkiyә mәtbuatında bu gün  dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1526992
Türkiyә mәtbuatı:13 noyabr 2020

 

Türkiyә mәtbuatında bu gün  dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

‘‘Hürriyet’’: Rəcəb Tayyib Ərdoğan : "İstehsal etdiyimiz süni peykin fırlatma sınaqları uğurla başa çatdı"

Milli və yerli mühəndislik imkanlarımızla istehsal etdiyimiz süni peyki fırlatma sınaqları uğurla başa çatdı.
Bunu Prezident Rəcəb Tayyib Ərdoğan Aselsan Yeni Sistem Təqdimat və Mərkəzinin açılış mərasimində etdiyi çıxışda deyib.
 Dövlət başçısı çıxışında Türkiyənin qlobal tədarükçülərin bütün çətinliklərini, tətbiq etdikləri gizli-açıq sanksiyaları öz gücü ilə məğlub edə bilən bir ölkə olduğunu vurğulayıb.
"Dünyanın ilk 100 müdafiə şirkəti siyahısında 7 şirkətlə təmsil olunuruq. Sadəcə son 5 ildə  5 firmamız bu siyahıya daxil oldu" deyə Ərdoğan qeyd edib.
 Dövlət başçısı bunu da deyib ki, milli və yerli mühəndislik imkanlarımızla buraxdığımız peyd fırlatma sınaqları uğurla başa çatdı, daha 4 dəfə kosmosa çatdıq.

‘‘Star’’:  Azәrbaycanın zәfәrindә Türkiyәnin pilotsuz uçuş aparatlarının rolu

Amerika Birlәşmiş Ştatlarının keçmiş Azәbaycandakı sәfiri vә keçmiş dövlәt katibinin müavini Metyu Brayza Azәrbaycan ordusunun Ermәnistana qarşı döyüş meydanında bu dәrәcә yaxşı performans nümayiş etdirmәsini Türkiyәnin pilotsuz uçuş aparatları ilә әlaqәlәndirib. Brayza pilotsuz uçuş aparatlarının çox tәsirli rol oynadığını  bildirib.

‘‘Haber Türk’’: ‘‘Türkiyә logistika sahәsindә ciddi irәlilәyiş әldә edib

Nәqliyyat vә infrastruktur naziri Adil Karaismailoğlu Türkiyәnin logistika sahәsindә ciddi irәlilәyiş әldә etdiyini deyib. Karaismailoğlu Türkiyәnin investisiyalarla logistika sahәsindә ciddi inkişaf edәcәyini vurğulayıb.

‘‘Sabah’’: Tәslim olan terrorçuların sayı 200-ә çatır

Separatçı terror tәşkilatının sıralarından qaçanların sayı artır. Dünәn Şırnakda bir PKK terrorçusu da tәhlükәsizlik qüvvәlәrinә tәslim olub. Belәliklә tәhlükәsizlik qüvvәlәrinә tәslim olan terrorçuların sayı 197-yә çatıb.

‘‘Vatan’’: Mәşhur şirkәt Türkiyә ilә әmәkdaşlığa dair müqavilә imzalayıb

Türkiyәnin Aeronavtika vә Kosmos Sәnayesi (TUSAŞ) ilә ‘‘Boeing’’ şirkәti әmәkdaşlığa dair müqavilә imzalayıb. Türkiyәdә qurulacaq müәssisә yerli vә milli imkanlarla termoplastik mәhsullar istehsal edәcәk.



Әlaqәli Xәbәrlәr