Türkiyә mәtbuatı: 29 oktyabr 2020

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1517899
Türkiyә mәtbuatı: 29 oktyabr 2020

 

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

‘‘Hürriyet’’: ‘‘Bir sözlә Cümhuriyyәt’’

Bütün Türkiyәnin ürәyi bu gün Cümhuriyyәt üçün döyünәcәk. Bütün evlәrdә bayram çoşğusu yaşanacaq.Türkiyә vәtәndaşları evlәrinin balkonlarından Türkiyә bayraqları ilә mәsarimdә iştirak edәcәk. Axşam saatlarında isә İstiqlal Marşını (Türkiyә himni) sәslәndirәcәk.

‘‘Sabah’’: ‘‘Cümhuriyyәtimizә bütün gücümüzlә sahib çıxacağıq’’

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan deyib: ‘‘Torpaqlarımızı bölmәyi planlaşdıranların oyunlarının qarşısını alacağıq. Cümhuriyyәtimizin qurucu iradәsi dövlәtimizi işğaldan azad etdiyi kimi biz dә hәdәflәrimizә eyni şәkildә çatacağıq’’.
‘‘Haber Türk’’: Cümhuriyyәtimizin 97-ci ildönümü mübarәk olsun

Bu il Cümhuriyyәt Bayramı fәrqli duyğularla qeyd olunur. Koronavirus pandemiyası sәbәbindәn yaşadığımız sosial hәyat mәrasimlәrә tәsir göstәrsә dә, maskaların altındakı üzlәr yenә bayram sevinci yaşayır. Atatürkün әmanәt edilmәyi istәdiyi hәkimlәr koronavirusla mübarizәsini davam etdirir. Türkiyә dost vә qardaş ölkә Azәrbaycanın Ermәnistan hücumlarına qarşı mübarizәsini  yaxından tәqib edir.

‘‘Vatan’’: ‘‘Cümhuriyyәt 97 yaşındadır’’

Aralıq dәnizinin Türkiyә üçün әhәmiyyәtinә diqqәt çәkmәk vә bölgәnin beynәlxalq tәqdimatına töhfә vermәk üçün Cümhuriyyәtin 97 ildönümü münasibәtilә Aralıq dәnizinin 9 nöqtәsindә, 7 şәhәrdә 97 dalğıçla sualtı tәdbir keçirilәcәk.

‘‘Yeni Şafak’’: ‘’29 oktyabr coşğusu’’

Türkiyәnin Milli Tәhsil Nazirliyi  Cümhuriyyәtin 97-ci ildönümünü şagirdlәrlә birlikdә Türkiyә Radio vә Televiziya Qurumu ekranlarında qeyd edәcәk. 29 oktyabr Bayramı münasibәtilә TRT üzәrindәn Cümhuriyyәtin hәm tarixinә, hәm dә gәlәcәyinә işıq tutacaq proqram hazırlandı. Proqramda “Jazzberry Tunes” musiqi qrupu da iştirak edәcәk.

 




 



Әlaqәli Xәbәrlәr