Türkiyə mətbuatı, 27 oktyabr 2020

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1516504
Türkiyə mətbuatı, 27 oktyabr 2020

"Hürriyet": Ərdoğandan Avropa liderlərinə çox sərt reaksiya: "Girdiyiniz yolun sonu fəlakətdir"
Prezident Rəcəb Tayyib Ərdoğan Beştepe Millәt Konqres vә Mәdәniyyәt Mәrkәzindә Mövludi Nәbi Hәftәsi Açılış proqramında çıxış edib.
Erdoğan Fransa prezidenti Emmanuel Makron ilə Almaniyanın paytaxtı Berlindəki məscidə hücum qarşısında səssiz qalan bu ölkənin Baş naziri Angela Merkelə xəbərdarlıq edib: ‘‘Uğursuz siyasətinizin üzərini örtmək üçün girdiyiniz bu yolun axırı fəlakətdir”.
"Star": Türkiyə və Yunanıstan qarşılıqlı olaraq "Navtex"i ləğv etdi
Yunanistanın 29 oktyabrı, Türkiyənin isə 28 oktyabrı əhatə edəcək şəkildə elan etdiyi "Navtex" qərarlarını (dənizçilərə elan) qarşılıqlı olaraq ləğv etdikləri, bununla yanaşı Türkiyənin Şərqi Aralıq dənizi və Egeydəki problemlərin dialoqla həllindən tərəf olduğunu göstərmək üçün əvvəlcədən planlaşdırılan atışlı təlimlərlə bağlı elan etdiyi "Navtex" qərarını da bir dəfəlik olmaqla ləğv etdiyi bildirilib.
"Haber Türk": Nazir Albayrak sektor miqyasındakı inam indeksləri və potensial istifadə nisbətinin nəticələrini qiymətləndirdi
Xəzinə və Maliyyə naziri Berat Albayrak dünən açıqlanan son məlumatların Türkiyə iqtisadiyyatının böyümə yoluna girməsini dəstəkləyəcək yolda irəlilədiyini göstərdiyini ifadə edərək, "Oktyabr ayında xidmət sektoru etibar indeksi 6,4, pərakəndə ticarət sektoru inam indeksi 1,7 faiz artıb. Tutum istifadə nisbəti isə 74,9-a yüksəlib.

"Vatan": Nazir Varankdan "iqtisadi böyümə"yə dair açıqlama
Sənaye və Texnologiya naziri Mustafa Varank verdiyi açıqlamada "Türkiyə ilin son iki rübündə güclü bir böyümə gücü ortaya qoyub 2020-ci ili minimum ziyanla bitirəcək. Büdcəmiz əvvəlki ilə nisbətən onsuz da 50 artıb" deyib.
"Sabah": TOGG maraqla gözlənilən detalları açıqladı
Türkiyənin Avtomobil Müəssisələri Qrupu (TOGG) yerli avtomobildə istifadə ediləcək batareya texnologiyasının detallarını sosial media hesabında video ilə paylaşaraq elan etdi. Buna görə avtomobillər 300 və 500 kilometrdən çox bir məsafəyə sahib olacaq və 30 dəqiqədən az bir zamanda 80 faizə qədər yüklənə biləcək.



Әlaqәli Xәbәrlәr