Türkiyә mәtbuatı: 26 oktyabr 2020

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1515811
Türkiyә mәtbuatı: 26 oktyabr 2020

 

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

‘‘Star’’: Türkiyә prezidenti ‘‘F-35’’ vә ‘‘S-400’’lә bağlı bәyanat verdi

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Amerika Birlәşmiş Dövlәtlәrinin S-400 zenit-raket kompleksi ilә әlaqәdar açıqlamasına münasibәt bildirib.

Әrdoğan deyib: ‘‘Biz qәbilә dövlәti deyilik’’.

Prezident Әrdoğan Әdalәt vә İnkişaf Partiyasının Malatyadakı VII Fövqәladә Konqresindә çıxış edib.

Әrdoğan çıxışında Aralıq dәnizindә tәhdid dәrәcәsindә olan manealara mәruz qaldıqlarını bildirib.

Qafqazda öz torpaqlarını işğaldan azad etmәk üçün mübarizә aparan azәrbaycanlı qardaşlarının yanında olduqları üçün qünahlandırıldıqlarını vurğulayan Әrdoğan deyib: ‘‘Bәzi ABŞ-lılar  Azәrbaycan prezidenti İlham Әliyev qardaşımla telefon әlaqәsi saxlayaraq deyir ki, ‘‘Biz sizin yanınızda kimin  olduğunu bilirik. Erdoğan var, Türkiyә var. Biz Türkiyәyә dә sanksiya tәtbiq edәrik deyirlәr’’.

‘‘Bizi sanksiyalarla hәdәlәyirlәr. Sanksiyaların nә isә tәtbiq et. Biz sizdәn F-35 döyüş tәyyarәsi almaq üçün addım atdıq. Pulunu ödәdik. Siz F-35-mizi vermәdiniz, vermirsiniz. Biz qәbilә dövlәti deyilik. Biz Türkiyәyik Türkiyә’’,-deyә Әrdoğan vurğuladı.

 

‘‘Sabah’’: Çavuşoğlu: ‘‘Dur demәyin vaxtı gәldi’’

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu Hollandiyada ifrat sağçı Azadlıq Partiyasının sәdri Qeert Vildersa sәrt reaksiya göstәrәrәk deyib: ‘‘Hәqiqәtlәri üzlәrinә söylәdikdә  Avropanın irqçilәri özlәrini yenidәn  göstәrdilәr. Avropanın faşist düşüncәl, siyasәtçilәrinә dur demәyin vaxtı gәldi’’.

 

‘‘Hürriyet’’: Fәxrәddin Altun Avropadakı çirkin diskusiyalara reaksiya göstәrib

Türkiyә Prezident Aparatının Kommunikasiya İdarәsinin rәhbәri Fәxrәddin Altun  Avropanın müsәlmanlara qarşı olan münasibәtini qiymәtlәndirib. Rәsmi ‘‘Twitter’’ sәhifәsindәn bәyanat verәn Fәxrәddin Altun deyib: ‘‘Avropalılar bunu anlamalıdır ki, biz müsәlmanlar siz bizi istәmirsiniz deyә heçbir yerә getmәyәcәyik. Bizi tәhqir edәndә digәr yanağımızı çevirmәyәcәyik. Özümüzü vә bizә aid olan hәr şeyi sonadәk müdafiә edәcәyik’’.

 

‘‘Haber Türk’’: Hulusi Akar Pakistanda Ermәnistana sәslәnib

Türkiyәnin milli müdafiә naziri Hulusi Akar hәrbi cinayәt törәdәn Ermәnistanın törәtdiyi hücumlara görә  Azәrbaycan ordusuna cavab verdiyi kimi tarix vә beynәlxalq hüquq normaları qarşısında da mütlәq cavab  verәcәyini söylәyib.

Bu barәdә Hulusi Akar Türkiyәdәn Pakistana ixrac edilәn MİLGEM gәmisinin üçüncüsünün suya buraxılması ilә әlaqәdar keçirilәn mәrasimdә bildirib.

Hulusi Akar deyib: ‘‘Hәrbi cinayyәt törәdәn Ermәnistan törәtdiyi hücumlara  görә Azәrbaycan ordusuna cavab verdiyi kimi tarix vә beynәlxalq hüquq normaları qarşısında da mütlәq cavab  verәcәk. Beynәlxalq mexanizmlәr dә  sülhün, vә sabitliyin Ermәnistanın işğal etdiyi Azәrbaycan torpaqlarından çıxdıqdan sonra tәmin olunacağını anlamalıdır. Haqlı mübarizәsindә Azәrbaycanın yanında olan Pakistan xalqına bir daha tәşәkkür edirik’’.

Hulusi Akar bildirib ki, Türkiyә ilә Pakistan arasındakı münasibәtlәr yüksәk sәviyyәdәdir.

Pakistan müdafiә naziri Xan da etdiyi çıxışında MİLGEM-in  Pakistan-Türkiyә  dostluğunun bir rәmzi olaraq xatırlanacağını söylәyib.

 

‘‘Yeni Şafak’’: Şimali Kıbrıs Türk Cümhuriyyәti prezidenti Ersin Tatar: ‘‘Gücümüzü Türkiyәdәn alırıq’’

 Şimali Kıbrıs Türk Cümhuriyyәti prezidenti Ersin Tatar dünәn verdiyi bәyanatda deyib: ‘‘Gücümüzü Türkiyәdәn alırıq. Türkiyә ilә işlәmәk bizi daha da güclәndirir’’.



Әlaqәli Xәbәrlәr