Türkiyə mətbuatı, 23 oktyabr 2020

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1514461
Türkiyə mətbuatı, 23 oktyabr 2020

"Sabah": Ərdoğan İran Prezidenti ilə telefonla danışıb
Prezident Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Həsən Ruhani ilə telefonla danışıb. Prezident Aparatının Mətbuat Xidmətindən verilən açıqlamaya görə, telefon söhbətində Türkiyə-İran əlaqələrini və terrorla mübarizədə əməkdaşlığı gücləndirəcək mövzular müzakirə olunub. Ayrıca, Azərbaycan-Ermənistan münaqişəsi və Suriya başda olmaqla regional problemlər qiymətləndirilib.
"Hürriyət": Nazir Akardan maraqlı açıqlamalar
Milli Müdafiə naziri Hulusi Akar, Ankara Polatlıdakı general Nahit Şenoğul adına Atış və Təlim bölgəsində təşkil edilən "Ateş Serbest-2020" fəaliyyətindəki çıxışında Egey və Şərqi Aralıq dənizindəki vəziyyətlə əlaqədar olaraq "Qonşularımızı, digər qurum və təşkilatlarımızı dialoqa dəvət edirik. Görüşək. Gəlin danışaq, müzakirə edək, bu məsələləri qaydalar çərçivəsində həll edək. Bu bizim istəyimizdir. Bunun xaricində xüsusilə üçüncü tərəflərin məntiq və qanuna tabe olmayan, hədlərini və güclərini aşaraq bəzi qaydalar qoymağa çalışmaları və ya bu qaydaların bizim tərəfimizdən qəbul olunmasını gözləmələri boş bir səydir" ifadələrdən istifadə edib.
"Star": TSK-dan nəfəs kəsən "Ateş Serbest-2020" fəaliyyəti
Ankara şəhərinin Polatlı qəsəbəsində Türk Silahlı Qüvvələrinin (TSQ) atəş gücünün göstərildiyi  "Ateş Serbest-2020" fəaliyyətində hədəflər tamamilə məhv edildi. "Ateş Serbest--2020" fəaliyyətində aralarında milli imkanlarla istehsal olunan Fırtına haubitsaları, Korkut hava hücumundan müdafiə sistemləri, milli piyada tüfəngləri daxil olmaqla döyüş texnikaları və avadanlıqlar ilə hədəflər dəqiq vurulub.
"Yeni Şafak": Miniatür bomba sınaqdan uğurla keçdi
Milli Müdafiə Nazirliyi Miniatür Bomba Layihəsi çərçivəsində 401-ci Test Donanması Komandanlığı tərəfindən sərt səthlərdə deşikaçma başlığı ilə həyata keçirilən hücum sınaq atışının Miniatür Bomba Layihəsi çərçivəsində uğurla həyata keçirildiyini açıqlayıb.
"Haber Türk": TİKA-dan cəbhə xəttindəki azərbaycanlı mülki vətəndaşlara ərzaq yardımı
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) cəbhə xəttinə yaxın bölgələrdə yaşayan və Ermənistanın hücumlarından təsirlənən azərbaycanlı mülki əhaliyə 40 ton əsas ərzaq yardımı göndərib.



Әlaqәli Xәbәrlәr