Türkiyә mәtbuatı: 22 oktyabr 2020

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1513691
Türkiyә mәtbuatı: 22 oktyabr 2020

 

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

‘‘Vatan’’: Prezident Aparatının sözçüsü İbrahim Kalın Nikol Paşinyanın açıqlamasına reaksiya göstәrib.

Prezident Aparatının sözçüsü İbrahim Kalın Cәnubi Qafqazda sülh vә sabitliyin yalnız Dağlıq Qarabağ işğaldan azad olunduqdan sonra tәmin olunacağını söylәyib. Bu barәdә İbrahim Kalın rәsmi ‘‘Twitter’’ sәhifәsindә paylaşım edib. Kalın deyib:  ''Paşinyanın ‘‘Qarabağda diplomatik hәll yolu yoxudur’’ açıqlaması Ermәnistanın әsl niyyәtini ortaya qoyur''. Kalın bildirib ki, kimin müharibә istәdiyi bәllidir.Bu Türkiyәnin vә Azәrbaycanın haqlı olduğunu tәsdiq etdi.

‘‘Sabah’’: TÜRKSAT 5A-nın kosmosa buraxılacağı gün bәlli oldu.

Türkiyәnin Nәqliyyat vә İnfrastruktur naziri Adil Karaismailoğlu TÜRKSAT 5A peykinin noyabr ayında kosmosa buraxılacağını bildirib. Karaismailoğlu deyib: ‘‘Türksat 5B 2021-ci ilin ikinci rübbündә, Türksat 6A da 2022-ci ildә kosmosa buraxılacaq’’.
 

‘‘Haber Türk’’: ‘‘Turkish Cargo’’ dünyanın 6 nöqtәsinә dә uçuş hәyata keçirәcәk.

‘‘Turkish Cargo’’ dünyanın 6 nöqtәsinә dә uçuş hәyata keçirәcәk. Şirkәt bundan sonra London, Buxarest, Bankok, Sinqapur, Beyrut vә Lahora uçuşlar hәyata keçirәcәk.

‘‘Star’’: Türkiyәli alimlәr ‘‘Covid-19’’ testinin hәssaslığını artıran test hazırladılar.

Türk alimləri yeni növ koronavirus (Covid-19) testlərinin həssaslığını 20 dəfə artıran qarqara ilә nümunə götürməyə imkan verən test  hazırladılar. Alimlәr çubuqla nümunə götürmək əvəzinə,  qarqara edildikdən sonra әdә edilәn sudan götürülmüş nümunәni test edirlәr.

‘‘Hürriyet’’: ''Hayaletler'' filmi Varşava Film Festivalında mükafata layiq görüldü

Ssenari müəllifi və rejissoru Azra Deniz Okyay və prodüseri Dilek Aydın olan "Hayaletler" filmi 36-cı Varşava Film Festivalından  mükafata ayiq görüldü. Film Gənc Beynəlxalq Film Yazıçıları  Təşkilatının  münsiflər heyəti tərəfindən Ən Yaxşı Film Mükafatına layiq görüldü.



Әlaqәli Xәbәrlәr