Türkiyә mәtbuatı: 16 oktyabr 2020

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1510117
Türkiyә mәtbuatı: 16 oktyabr 2020

 

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

‘‘Sabah’’: Әrdoğan: ‘‘Türkiyә hәr zaman mәzlümun yanındadır’’

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Türkiyәnin hәr zaman zülmә mәruz qalan mәzlumun yanında olduğunu bildirib. ‘‘Liviyada zülm var, Suriyada zülm var. Somalidә zülm var’’ deyәb Әrdoğan bildirib ki, Azәrbaycanda ermәnilәrin zülmü var.Onlar bizim qardaşlarımızdır.

‘‘Star’’ İlham Әliyev: ‘‘Türkiyә Azәrbaycanda hәrbi baza qura bilәr’’

Azәrbaycan prezidenti İlham Әliyev qırxadәk yaşayış mәntәqәsinin işğaldan azad edildiyini bildirib. İlham Әliyev Türkiyәnin iştirakı olmadan bu bölgәdә hәr hansı bir mәsәlәnin hәll edilә bilmәyәcәyini vurğulayıb.

‘‘Hürriyet’’: Paşinyan mәğlub olduqlarını etiraf edib

Dağlıq Qarabağda humanitar mәqsәdlәrlә elan edilәn atәşkәsә baxmayaraq Gәncәyә hücum edәn Ermәnistan ordusu cәbhә xәttindә ağır itkilәr vermәyә davam edir. Ermәnistanın cәbhәdәki mәğlubiyyәti Baş nazir Nikol Paşinyan tәrәfindәn qәbul edilib.Paşinyan Ermәnistan qüvvәlәrinin ağır itkilәr verdiyini, hәmçinin hәm şimal, hәm dә cәnub cәbhәlәrindәn geri çәkilmәyә mәcbur olduqlarını etiraf edib.

‘‘Yeni Şafak’’: ‘‘Fatih’’ kәşfiyyat-axtarış gәmisindәn yeni kәşf

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğanın 320 milyard kubmetr tәbii qaz açıqlamasından sonra ‘‘Fatih’’ kәşfiyyat-axtarış gәmisi Qara dәnizdә yeni yataqlar aşkar edib. Әrdoğanın sabah mövcud yataqda aşkar edilәn 80 milyard kubmetr әlavә tәbii qaz ehtiyatını açıqlaması gözlәnilir.

 

 



Әlaqәli Xәbәrlәr