Türkiyə mətbuatı, 15 oktyabr 2020

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәin xülasәsi.

1509319
Türkiyə mətbuatı, 15 oktyabr 2020

"Hürriyet": Prezident Ərdoğanın kritik görüşü
Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putin ilə 
telefonla danışıb.
Ərdoğan telefon söhbətində Türkiyənin Qarabağ münaqişəsinin daimi həllə qovuşdurulmasından tərəf olduğunu bildirib.
"Habertürk": Əliyev: "Türkiyə olmadan problem həllini tapa bilməz"
Azərbaycan Prezidenti İlham Əliyev qəzetə verdiyi xüsusi müsahibəsində Ermənistan ilə yaşanan toqquşmalar və Qarabağla bağlı açıqlama verib. Əliyev Türkiyə daxil olmadan problemin həllinin qeyri-mümkün olduğunu vurğulayaraq, "Bunu hər kəs anlamalıdır" deyib. 
"Yenişafak": Prezident Ərdoğan: Yeni müjdəli xəbərlər gəlir, şənbə günü elan edəcəyik
Przident Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının qrup yığıncağında etdiyi çıxışda "Yeni müşdəli xəbərlər gəlir. İnşallah şənbə günü "Fatih" qazma gəmimizə gedəcəyik və işi yerində görəcəyik və yeni ehtiyat miqdarını elan edəcəyik" deyib.
"Star": Nazir Varank: "Son dövrün ən kritik struktur islahatını Prezidentimizin başçılığı altında həyata keçiririk"
Sənaye və Texnologiya naziri Mustafa Varank Türkiyə sənayesinin və texnoloji ekosisteminin gücünə güc qatacaq tarixi bir addım atdıqlarını ifadə edərək, "Son dövrün ən kritik struktur islahatı həyata keçirildi. Prezidentimiz başçılığında Sənayeləşmə İcra Komitəsini qururuq" deyib.
"Sabah": Qarqara ilə 5 dəqiqədə "Covid-19" testi!
Türk alimləri konoravirus testlərinin həssaslığını 20 qatadək artıran və xəstəliyin daha sürətli və daha etibarlı diaqnozuna zəmin yaradan yeni bir metod üsulu üzərində işləyir. Özəl universitetlərdən birinin müəllim heyəti tərəfindən hazırlanan yeni testlə xəstənin bir neçə qurtum su ilə qarqara etməsi və burnundan bir çubuq götürmək əvəzinə ağzını yaxalaması kifayətdir. Yəni qarqara ilə 5 dəqiqədə "Covid -19" testi aparılmış olur.



Әlaqәli Xәbәrlәr