Türkiyə mətbuatı, 13 oktyabr 2020

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1507990
Türkiyə mətbuatı, 13 oktyabr 2020

"Star": Ərdoğanın Şərqi Aralıq dənizi ilə bağlı reaksiyası
 Prezident Rәcәb Tayyib Әrdoğan vә Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında telefon danışığı olub.Yunanıstanın Şәrqi Aralıq dәnizindә gәrginliyin sәviyyәsini artıracaq addımlar atmağa davam etdiyini bildirәn Әrdoğan Türkiyәnin tәklif etdiyi Şәrqi Aralız dәnizi konfransının hәyata keçirilmәsi üçün Avropa İttifaqıdan konkret addımlar gözlәdiklәrini ifadә edib.
"Hürriyet": Xarici İşlər Nazirliyindən Yunanıstana "Oruç Reis" cavabı
Xarici İşlər Nazirliyi tərəfindən Yunanistan Xarici İşlər Nazirliyinin "Oruç Reis" in fəaliyyəti ilə əlaqədar yayılan NAVTEX haqqında əsassız iddialar irəli sürərək etirazlarını təkrarladığı bildirilərək "Şərqi Aralıq dənizində ən uzun sahili olan ölkəmizin əsas ərazilərinə 15 kilometr məsafədə fəaliyyət göstərməsinə etiraz etmək qəbuledilməzdir" deyilib.

"Haber Türk": "Altun: "‘Mәnim olan mәnimdir, sәnin olan isә müzakirә mövzusudur’’
 Prezident Aparatı Mәtbuat xidmәtinin rәhbәri Fәxrәddin Altun dünən "Oruç Reis" gəmisinin geri dönməsi ilə əlaqədar olaraq "Növbәti profilaftikadan sonra Şərqi Aralıq dənizinə qayıtdı. Dəniz sahəsi səlahiyyətləri daxilində fəaliyyətlərini davam etdirəcək. Mesajımız açıqdır, "Mənim olan mənimdir, sənin olan isə müsakirə mövzusudur' ifadəsini işlədib.
"Sabah": Türkiyə ilə Rusiya arasında kritik görüş
Milli Müdafiə naziri Hulusi Akar və Rusiyanın Müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı olub. Milli Müdafiə Nazirliyinin yaydığı məlumatına görə, Hulusi Akar telefon danışığı zamanı Ermənistanın hərbi təcavüzünə son verməsi və işğal etdiyi torpaqlardan çıxarılmasının vacibliyini vurğulayıb.
Nazir Akar bildirib ki, atəşkəsə baxmayaraq, mülki əhaliyə və obyektlərə hücum edən Ermənistan buna son verməli və işğal etdiyi torpaqlardan çıxmalıdır. Hulusi Akar həmçinin Türkiyənin Suriya İdlibdə sülh və sabitliyin təmini üçün 5 mart tarixində Rusiya ilə qəbul edilən razılaşmaya uyğun olaraq öhdəliklərini yerinə yetirdiyini söyləyib.
"Vatan"; Türkiyədə bir ilk; Litium istehsal ediləcək
Enerji və Təbii Sərvətlər naziri Fatih Dönmez Türkiyədə litium istehsal edəcəyini açıqlayıb. Yerli litiumun yerli elektrikli avtomobillərdə də istifadə olunacağını qeyd edən Dönmez bu çərçivədə yüksək tutumlu bir objektin istifadəyə veriləcəyini söyləyib.



Әlaqәli Xәbәrlәr