Türkiyə mətbuatı, 6 oktyabr 2020

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1503449
Türkiyə mətbuatı, 6 oktyabr 2020

Haber Türk: Terrorla mübarizədə ən uğurlu dövrü yaşayırıq
Prezident Rəcəb Tayyib Ərdoğan dünən Nazirlər Kabinetinin iclasından sonra Türkiyənin terrorla mübarizə tarixinin ən uğurlu dövrünü yaşadığını söyləyib. Ərdoğan, "Bu dövrdə geniş coğrafiyada xalqlar nəzdində qurduğumuz geniş dostluq və qardaşlığı arxamızda görünməyən güc olaraq qəbul edirik" deyib.
"Hürriyet": "Çavuşoğlu və Stoltenberqin açıqlamaları
Xarici İşlər naziri Mövlud Çavuşoğlu dünən Ankarada səfərdə olan NATO Baş katibi Yens Stoltenberq ilə görüşündən sonra Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Ermənistanın müharibə cinayəti törətdiyini söyləyərək, "Təəssüf ki, bu problemin həlli üçün 30 ildir ki, konkret təklif verilməyib" deyib və "Azərbaycanın Türkiyədən dəstək tələbi yoxdur, amma olsa dəstək versək" deyə əlavə edib. Stoltenberq isə "Vəziyyəti çox yaxından izləyirik. Narahatlığımız var. Münaqişələrə son qoyulmalıdır" ifadəsini işlədib.
"Sabah": "Prezident Aparatının sözçüsü İbrahim Kalından Makrona reaksiya: "Təhrikedici və təhlükəli"
İbrahim Kalın Fransa Prezidenti Emmanuel Makronun "İslam böhran içindədir" iddiasının İslamofobiya və düşmənçiliyi təhrik edən bir təxribat ifadəsi olduğunu bildirib. Kalın "Twitter" hesabından "Fransanın öz səhvləri və maceraları üçün İslamı və Müsəlmanları günahkar göstərməyə cəhd göstərməsi məntiqsizlikdir" deyib.
"Vatan": "Yavuz" qazma gəmisi "Selçuk-1" quyusunda başladığı fəlayyətlərini tamamladı
Enerji və Təbii Sərvətlər Nazirliyi "Yavuz" qazma gəmisinin təmir və təchizat işləri üçün Mersin Taşucu Limanına qayıtdığını bildirib. Nazirliyin sosial mediada "Twitter" hesabında yer alan paylaşımda ""Yavuz" qazma gəmisi "Selçuk-1" quyusunda başladığı fəaliyyətləri 24 apreldə (Aralıq dənizində) tamamladı və növbəti vəzifəsi üçün hazırlıq, təmir və tədarük əməliyyatları üçün Taşucu Limanına qayıtdı. Yeni qazma yerində fəaliyyətləri davam etdirəcək" ifadələri yer alıb.
"Star": ABŞ jurnalı: Türkiyənin düşmənlərini çətin günlər gözləyir
ABŞ-da dərc olunan "Forbes" jurnalı Türkiyənin pilotsuz uçuş aparatı (PUA) gücünü masaya qoyduğu məqalədə 'Türkiyə düşmənlərini çətin günlər gözləyir" deyə yazıb. Məqalədə "Bayraktar Hücum Pilotsuz Uçuq Aparatı" (TİHA) Türkiyənin təhlükəsizlik qüvvələrinə verəcəyi kəşfiyyat, izləmə və hədəfləmə imkanları ilə qarşıdakı 10 ilin "oyun qurucusu" olacaq.



Әlaqәli Xәbәrlәr