Türkiyə mətbuatı: 23 sentyabr 2020

Türkiyә mәtbuatında bu gün dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1495671
Türkiyə mətbuatı: 23 sentyabr 2020

"Sabah": Türkiyədən BMT-də Fələstinə dəstək
Prezident Rəcəb Tayyib Ərdoğan BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda videoformatda etdiyi çıxışda İsrailin Fələstinə qarşı təzyiq, şiddət və təhdid siyasətlərini izlədiyini bildirib. Ərdoğan  "Fələstin məsələsi ancaq 1967 sərhədləri əsasında paytaxtı Şərqi Qüds olan müstəqil, suveren və coğrafi baxımdan davamlı olan Fələstin dövlətinin qurulmasıyla həll edilə bilər" deyib.
"Haber Türk": Ərdoğandan bütün dünyaya peyvənd mesajı
BMT Baş Məclisindəki çıxışında Prezident Ərdoğan istifadəyə hazır hala gətiriləcək peyvəndlərin,hansı ölkədə istehsal olunmasından asılı olmayaraq bəşəriyyətin ortaq xeyrinə təqdim edilməsinin vacibliyini dilə gətirib. Ərdoğan tibbi vəsaitlər, dərman təchizatı, peyvənd hazırlama işlərinin rəqabət məsələsinə çevrilməməsinə çağırıb.
"Hürriyet": Şərqi Aralıq dənizində Türkiyənin üstünlük verdiyi birinci mövzu ədalətli olmaqdır
Prezident Ərdoğan Şərqi Aralıq dənizindəki mübahisələrin səmimi bir dialoqla və beynəlxalq hüquq əsasında ədalətli bir şəkildə həll edilməsinin prioritetləri olduğunu ifadə edib. Şərqi Aralıq dənizindəki sahil ölkələri arasında dialoq və əməkdaşlıq qurma çağırışını təkrarlayan Ərdoğan Kıbrıslı Türklərin də daxil olduğu regional bir konfransın keçirilməsini təklif edib.
"Star": Türkiyə ilə Fransa arasında telefon diplomatiyası. Mövzu: Şərqi Aralıq dənizi 
Prezident Rəcəb Tayyib Ərdoğan ilə Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. Ərdoğan telefon söhbətində Şәrqi Aralıq dәnizindәki gәrginliyin sәbәbinin Türkiyәnin vә Kıbrıs Türklәrinin bölgәdәki qanuni hüquqlarına әhәmiyyәt verilmәmәsi olduğunu ifadә edәrәk, Fransanın Yunanıstan vә Cәnubi Kıbrıs Rum İdarәsinin gәrginliyin sәviyyәsini artıran iddia vә addımlarını dәstәklәmәsinә bir mәna verә bilmәdiyini bildirib.
"Yeni Şafak": Türkiyə Yunanıstana hərbi xəbərdarlıq etdi
Türkiyə, Limni adasının 1923-cü ildə Lozanna müqaviləsilə müəyyən edilən hərbi olmayan statusu pozulduğu üçün Ege dənizində yeni "Navtex" elan etdi. Yayımlanan bəyanatda "Limni Adasının müqavilə ilə təyin olunan statusu pozuldu" deyilib. Rəsmilər bəyanatın 24 sentyabr Türkiyə vaxtı ilə saat 11.00'ə qədər qüvvədə olacağını açıqlayıblar. Türkiyə son günlərdə bənzər bir "Navtex"i Sakız adası üçün də elan etmişdi. 



Әlaqәli Xәbәrlәr