Türkiyə mətbuatı, 15 sentyabr 2020

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1490705
Türkiyə mətbuatı, 15 sentyabr 2020

"Vatan": Prezident Aparatının sözçüsü Kalından Şərqi Aralıq dənizi mesajı
Prezident Aparatının sözçüsü İbrahim Kalın sosial media hesabından verdiyi açıqlamada "Şərqi Aralıq dənizindəki problemlərin sülh yolu ilə həlli mümkündür. Ədalətə əsaslanmış, əhatəli və rasional yanaşma konstruktiv bir qatqı təmin edəcək. Türkiyənin heç kəsin torpağında gözü yoxdur. Lakin heç kəsə də haqqını və hüququnu verməmə əzmini davam etdirəcəkdir" deyib.
"Hürriyet": Çavuşoğlu: "Sevilla xəritəsindən imtina etməsələr bu gərginlik bitməz"
Xarici İşlər naziri Mövlud Çavuşoğlu Şərqi Aralıq dənizi və Yunanıstanla əlaqədar olaraq, "(Yunanıstan) ön şərtləri üzərində təkidlə dayanmaqda davam edərsə, biz də ön şərtlərimizi irəli sürərik. Ön şərtlər yerinə yetirilmədən də, görüş keçirdikdən sonra da yerinə yetirilə bilər. Yunanistan Sevilla xəritəsindən imtina etmədiyi müddətdcə və Türkiyənin  dənizdibi ərazisinə hörmətlə yanaşmayacağı müddətcə bu gərginlik bitməz" deyə bildirib. 
"Yenişafak": Prezident Ərdoğanın "tartan jaket" modası Almanların diqqətini çəkib
Almaniyanın "Die Welt" qəzetində Prezident Rəcəb Tayyib Ərdoğanın müxtəlif vertikal və horizontal rənglərdən ibarət olan naxışlı gödəkçələri ilə bağlı yazı dərc olunub. Məqalədə Prezident Ərdoğanın siyasətdə olduğu kimi geyim baxımından da müəyyən normalardan kənara çıxdığı və öz baxışını təqdim etdiyi vurğulanıb.
"Sabah": Varank: "Yüksək böyümə gözləyirik!"
Sənaye və Texnologiya naziri Mustafa Varank iyul ayında sənaye istehsalının aylıq 8.4, illik 4,4 faiz artdığını ifadə edərək, "Aylıq səviyyədə bütün sənaye məmullarında müsbət irəliləyiş qeydə alındı. İstehsalda qlobal iqtisadiyyatda müsbət fərqlənməyə davam edərək, ölkələr sırasında ilk üçdə yer aldıq. İlin üçüncü rübündə yüksək böyümə gözləyirik "deyib.
"Star": Türkiyədə 800 illik xəzinə: 3 ölkə bununla maraqlanır
Nevşəhərin Gülşehir qəsəbəsindəki 800 illik mədəndən çıxarılan 150 min ton qaya duzu həm daxildə, həm də xaricdə tələb olunur. Duz mədənini işləyən Suat Bilgin "Almaniya, Fransa və Hollandiyadan tələb var, amma potensialımız çatmadığı üçün bunu təmin edə bilmərik. sağlıq turizminə açmağı planlaşdırırıq" deyib.



Әlaqәli Xәbәrlәr