Türkiyə mətbuatı, 9 sentyabr 2020

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1487353
Türkiyə mətbuatı, 9 sentyabr 2020

"Vatan": Görüşdən sonra Türkiyə və İran birgə bəyanat yaydı
Türkiyə və İran arasındakı Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının VI yığıncağından sonra yayılan birgə bəyanatda PKK/PJAK və terror təşkilatlarına qarşı birgə əməliyyatlar daxil addım atılmasında hər iki ölkənin də məsuliyyət daşıdığı vurğulanıb.
"Sabah": Çavuşoğlundan Yunanıstana reaksiya
Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Türkiyənin Şərqi Aralıq dənizindəki bütün hərbi təlimlərin NATO qaydaları çərçivəsində keçirildiyini bildirib. Çavuşoğluverdiyi açıqlamada "Biz masada olduğumuzu söyləyirik, amma Yunanıstan bunun tərəfdarı deyil. Avropa ölkələri də artıq çox darıxdı. Yunanıstan özünə güvənirsə, tezislərini masanın üstünə qoysun və özünü orada müdafiə etsin. Bizim də söyləyəcəklərimiz var. Yunanıstan bundan qorxur" deyib.
"Yenişafak": Dünyada bir ilk 
Çanaqqala Onsekiz Mart Universitetində yeni növ koronavirusun aşkarlanması üçün ikiqat antikor diaqnostik dəsti hazırlanıb. Kütləvi istehsalına başlanacaq dəst ilə 8 dəqiqədə yüz faizə yaxın dəqiq nəticə əldə ediləcək. Universitetin rektoru Prof. Dr. Sedat Murat, Prof. Dr. Mustafa Kamal Sezgintürk tərəfindən hazırlanan test dəstinin dünyada ilk dəfə hazırlandığını bildirib.
"Star": İngiltərə mediası təriflədi
İngiltərənin qabaqcıl qəzeti "The Telegraph" Türkiyəni ən etibarlı turizm ölkələri arasında göstərdi. Qəzet Türkiyənin İngiltərə hökumətinin "etibarlı" siyahısındakı yerini qorumağı bacardığına diqqət çəkib.
"Hürriyet": Abramoviçin ultra lüks yaxtası Bodrumdadır
Dünyada məşhur rus milyarder və ingilis futbol komandası "Chealsea"nin sahibi Roman Abramoviçin ultra lüks yaxtası Muğlanın ən məşhur turizm mərkəzi Bodruma gəldi. Meqa yaxta xarici turistlərin və bölgədə tətildə olan vətəndaşların diqqət mərkəzində oldu. Abramoviçin yaxtasında olmadığını, tezliklə bölgəyə gələrək mavi tura çıxacağı öyrənilib.



Әlaqәli Xәbәrlәr