Türkiyə mətbuatı, 8 sentyabr 2020

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1486711
Türkiyə mətbuatı, 8 sentyabr 2020

"Yeni Şafak": Prezident Ərdoğandan Yunanıstana sərt xəbərdarlıq
Prezident Rəcəb Tayyib Ərdoğan dünən keçirilən Nazirlər Kabinetinin yığıncağından sonra Türkiyənin bölgəsində söz sahibi bir ölkə olduğunu ifadə edərək, "Son günlərdə Şərqi Aralıq dənizi və Egeydə tarixdən ibrət almadan Türkiyənin haqlarını və hüquqlarını gözdən yayındıraraq oldu-bitdi ilə addım atmağa cəhd edənlər də bu həqiqəti qəbul edəcəkdir. Vətəndaşlarının təhlükəsizliyini və rifahını təhlükə altına almaq hesabına Türkiyənin qarşısında dayananlaraçıq-aşkar deyirəm ki, zamanı gəldiyi vaxt bunun cavabını ağır şəkildə görməzlər" deyib.
"Sabah": Milli Müdafiə naziri Hulusi Akardan kritik NATO görüşü
Milli Müdafiə naziri Hulusi Akar NATO Hərbi Komitəsinin sədri general Stuart Piç ilə görüşüb. Milli Müdafiə Nazirliyinin açıqlamasında "Akar Piç ilə görüşündə Şərqi Aralıq dənizindəki vəziyyət NATO Baş katibinin təşəbbüsü və digər NATO məsələləri müzakirə edildi" deyə bildirilib.
"Star": Ukraynalı təyyarə şirkəti Antonov Türkiyə ilə birgə istehsal etmək istəyir
Ukraynalı Antonov təyyarə şirkətinin yüksək vəzifəlisi Oleksandr Los Türkiyədəki məhsul yönümlü yanaşmadan təsirləndiyini və Türk təyyarə sənayesinin "AN-178" təyyarəsinin istehsal prosesində yer almasının vacibliyini bildirib.
"Haber Türk": Sabiha Gökçendə sərnişin sayının artımı davam edir
İstanbul Sabiha Gökçen Beynəlxalq Hava Limanı avqust ayı üçün sərnişin və uçuş sayını açıqlayıb. Buna görə, avqust ayında Sabiha Gökçen Hava limanından 1 milyon 813 min sərnişin səyahət etdi, bu rəqəm iyul ayı ilə müqayisədə 48 faiz artıb.
"Vatan": ABŞ nəhəngi Türkiyədə mineral yağı istehsal edəcək
"Petrol Ofisi" ilə "Chevron Brands International LLC" arasında mineral yağları sahəsində lisenziyalaşdırma, istehsal, nəqliyyat və marketinqi əhatə edən uzunmüddətli bir müqavilə imzalanıb. Mərkəzi qərargahı ABŞ-da yerləşən "Chevron" Türkiyədəki mineral yağ sahəsindəki fəaliyyətlərini "Petrol Ofisi"nə həvalə etdi. Hazırlıqların tamamlanması ilə "Texoco" markalı mineral yağ məhsullarının "Petrol Ofisi" tərəfindən Türkiyədə istehsalına 2021-ci ildə başlanacağı planlaşdırılır.



Әlaqәli Xәbәrlәr