Türkiyә mәtbuatı: 4 sentyabr 2020

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1484530
Türkiyә mәtbuatı: 4 sentyabr 2020

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi

‘‘Haber Türk’’: Әrdoğan: ‘‘Türkiyәnin  haqq vә maraqlarının hәr zaman vә hәr yerdә müdafiә edәcәyik’’

Türkiyә prezidenti Rәcәb tayyib Әrdoğan Almaniya kansleri Angela Merkel ilә görüşüb.

Görüşün videokonfrans formatında baş tutduğu bildirilib. Tәrәflәr Şәrqi Aralıq dәnizindәki proseslәr başda olmaqla regional mövzuları vә ikitәrәfli münasibәtlәri müzakirә ediblәr.

Әrdoğan görüşdә Şәrqi Aralıq dәnizindә Türkiyә vә Kıbrısdakı Türk icmasının hüquqlarının qorunduğu vә bütün sahilyani ölkәlәrin qazanacağı әdalәtli pay bölgüsünün tәrәfdarı olduqlarını, ancaq Yunanıstan vә onlara dәstәk verәn ölkәlәrin gәrginliyin sәviyyәsini artıracaq  addımlar atdığını ifadә edib.

Yunanıstanın bu mövqeyinin bәzi ölkәlәr tәrәfindәn dәstәklәnmәsinin qәbuledilmәz olduğunu bildirәn Әrdoğan beynәlxalq hüquq normalarını saymayan addımlara qarşı Türkiyәnin haqq vә maraqlarını hәr zaman  vә hәr yerdә müdafiә edәcәyini vurğulayıb.

Türkiyә prezidenti Rәcәb tayyib Әrdoğan Şәrqi Aralıq dәnizindә Yunanıstanın vә onu dәstәklәyәn ölkәlәrin regional sülhә zәrәr verәn addımları ilә sәbәb olduqları problemlә bağlı Angela Merkelin hәllә töhfә vermәk üçün göstәrdiyi sәylәri mәmnuniyyәtlә qarşıladıqlarını dilә gәtirib.

‘‘Vatan’’: NATO açıqladı, Türkiyә vә Yunanıstan görüş keçirmәyә qәrar verdi

NATO-nun Baş katibi Yens Stoltenberq Türkiyә vә Yunanıstan arasında Şәqi Aralıq dәnizindә yaşanan gәrginlik ilә bağlı bәyanat verib. Stoltenberq bәyanatında bu ifadәlәrә yer verib: ‘‘Türkiyә vә Yunanıstan liderlәri ilә keçirdiyim görüşlәrdәn sonra iki müttәfiq ölkә Şәrqi Aralıq dәnizindә hәrbi münaqişәnin qarşısını almaq ilә bağlı mexanizmin yaradılması  üçün NATO-dakı texniki görüşlәrә başlamaq üçün razılıq әldә etdi’’.

‘‘Sabah’’: Türkiyә: ‘‘Ön şәrtsiz dialoqa hazırıq’’

Türkiyә Şәqi Aralıq dәnizindәki gәrginlik mәsәlәsindә Yunanıstan ilә dialoqa hazır olduğunu bildirib.

Xarici İşlәr Nazirliyindәn verilәn açıqlamada  deyilir: ‘‘NATO-nun Baş katibi Şərqi Aralıq dənizində yaşanan gərginliyin azaldılması, dəniz və quru birlikləri arasında arzuolunmaz vəziyyətin qarşısının alınması üçün təşəbbüs göstərib. Türkiyə tərəfindən də dəstəklənən bu təşəbbüs Baş katibin açıqladığı kimi iki ölkə arasında NATO çərçivəsində hərbi-texniki görüşmələrin başlamasına əsas yaradır’’.

Bildirilir ki, problemlərin aydınlaşdırılması xarakterində olan bu görüşlər Türkiyə ilə Yunanıstan arasındakı məsələlərin həllinə deyil, əsasən, iki ölkənin hərbi mövqeləri arasında əvvəl də ikitərəfli qaydada keçirilmiş aydınlaşdırma fəaliyyəti ilə əlaqəlidir.

Türkiyə tərəfi Yunanıstanın NATO baş katibinin bu təşəbbüsünə dəstək verməsi ilә әlaqәdar çağırış edib.

Açıqlamada hәmçinin vurğulanıb ki, Türkiyə Yunanıstanla arasındakı bütün məsələlərin beynəlxalq hüquq normaları çərçivəsində, ədaləti həll yolu  tapılması üçün ön şərt olmadan dialoqa hazır olduğunu bir daha xatırladır.

‘‘Star’’: Türkiyә enerjinin mәrkәzinә çevrilә bilәr

Mәrkәzi Amerika Birlәşmiş Ştatlarında yerlәşәn ‘‘Gulf State Analytics’’ şirkәtinin enerji tәhlükәsizliyi üzrә analitiki Omid Şükri Türkiyәnin Qara dәnizdә kәşf etdiyi 320 milyard kubmetr tәbii qaz yatağının  bölgәdә başqa yataqların da olduğunu göstәricisi olduğunu vә lazımi şәrtlәrin tәmin olunması tәqdirdә Türkiyәnin bölgәnin enerji mәrkәzlәrindәn biri olacağını söylәyib.



Әlaqәli Xәbәrlәr