Türkiyә mәtbuatı. 3 sentyabr 2020

Türkiyә mәtbuatında bu gün dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1483947
Türkiyә mәtbuatı. 3 sentyabr 2020

 

Türkiyә mәtbuatında bu gün dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

‘‘Star’’: Xarici İşlәr Nazirliyi Charlie Hebdonu qınadı

Türkiyәnin Xarici İşlәr Nazirliyinin sözçüsü Hami Aksoy deyib: ‘‘Fransanın Charlie Hebdo jurnalının dinimiz vә Peyğambәrimizlә bağlı karikaturaları yenidәn yayımlama qәrarını qınayırıq''.

‘‘Vatan’’: Ticarәt naziri Ruhsar Pekcan: ‘‘ Qarşıdakı dövrdә xarici ticarәt dövriyyәmizin  daha da inkişaf edәcәyinә inanıram’’

Türkiyәnin ticarәt naziri Ruhsar Pekcan deyib: ‘‘Hәm  gördüyümüz tәdbirlәr, hәm dә Aİ başda olmaqla ixrac bazarlarımızda yaşanan normallaşma  ilә xarici ticarәt dövriyyәmizin qarşıdakı dövrdә inkişaf edәcәyinә inanıram’’

‘‘Habertürk’’:  "Qәtәr kral ailәsi Bodrumda istirahәt edir’’

Qәtәr Әmiri Şeyx Tәmim bin Hәmmad Әl Saninin ailәsi Bodrumda lövbәr salan milyon dollarlıq yaxtaları ‘‘Katara’’da istirahәt edir.

 ‘‘Sabah’’: ‘‘Formula-1’’ Türkiyәyә qayıdır

‘‘Fomula-1’’ yarışı 9 illik fasilәdәn sonra yenidәn İstanbulda keçirilәcәk. 13,14 vә 15 noyabr tarixlәrindә keçirilәcәk ‘‘Formula-1’’ DHL Türkiyә Qran-prisini 20 mini xarici olmaqla 100 min adamın izlәmәsi gözlәnilir. Yarışın Türkiyә iqtisadiyyatına töhfәsi isә 100 milyon dollar olacaq.



Әlaqәli Xәbәrlәr