Türkiyә mәtbuatı: 2 sentyabr 2020

Türkiyә mәtbuatında bu gün dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1483224
Türkiyә mәtbuatı: 2 sentyabr 2020

 

Türkiyә mәtbuatında bu gün dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

‘‘Yenişafak’’: Әrdoğan Şәrqi Aralıq dәnizi ilә bağlı әhәmiyyәtli bәyanatlar verib.

Türkiyә prezidenti Rәcәb tayyib Әrdoğan Beştәpәdә tәşkil edilәn  2020-2021 Әdliyyә İli açılışında etdiyi çıxışında deyib: ‘‘Tarix boyu basqalarının arxasında gizlәnәrәk öz mövcudluğunu davam etdirmiş bir dövlәti irәli sürәrәk öz gizli planlarını hәyata keçirmәyә çalışanların etdiklәri dә böyük әdalәtsizlikdir. Biz bu oyunlardan yorulduq’’.

‘‘Star’’: Türkiyә Meis adası ilә bağlı açıqlama verib

Xarici işlәr naziri Mövlud Çavuşoğlu deyib: ‘‘Şәqi Aralıq dәnizindәki problemin dәyirmi masa әtrafında oturub, müzakirә vә  dialoq yolu ilә hәll edilmәsini istәyirik. Meis adasının daha çox silahlandırılması tәqdirdә uduzan Yunanıstan olacaq.

‘‘Vatan’’: Prezident Aparatının sözçüsü İbrahim Kalından Avstriyaya cavab

Prezident Aparatının sözçüsü İbrahim Kalın rәsmi ‘‘Twitter’’ sәhifәsindә etdiyi paylaşımda Avstriyanın inteqrasiya naziri Sesanne Raabın Türkiyәnin Avstriyadakı Türk mәnşәli vәtәndaşlara tәsir göstәrәrәk  bu ölkәni bölmәk istәdiklәri ilә bağlı iddialarına münasibәt bildirib. İbrahim Kalın deyib: ‘‘Yalnız Avstriyanımı?’’.

‘‘Hürriyet’’:  Almaniyalı siyasәtçi Türkiyәnin turizm sektorunu alqışlayıb

Almaniyanın keçmiş kanslerlәrindәn Helmut Kohlun müşaviri olan Xristian Demokrat Partiyasının üzvü, jurnalist Friendhelm Ost Türkiyәnin turizm sektorunun koronavirusla bağlı gördüyü tәdbirlәri alqışlayıb.

‘‘Sabah’’: Antalyaya bir ayda 11 min aviareys hәyata keçirilib

FRAPORT TAV Antalya hava limanı koronavirus dövründә son bir ayda 11 min aviareysә ev sahibliyi edib. Bu vaxt әrzindә 31 ölkәdәn 1 milyon 750 min sәrnişin daşınıb.



Әlaqәli Xәbәrlәr