Türkiyə mətbuatı, 26 avqust 2020

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1479267
Türkiyə mətbuatı, 26 avqust 2020

"Haber Türk": " Türkiyə Aralıq dənizinin şərqində hərbi təlim keçirir"
Milli Müdafiə Nazirliyi hərbi donanmadan 2 freqat ilə İtaliyaya məxsus döyüş gəmisi tərəfindən Aralıq dənizinin şərqində təlim icra edildiyini bildirib. Nazirliyin açıqlamasında "TCG Göksu" və "TCG Fatih" freqatları ilə  İtaliyaya məxsus "İTS Durand de la Penne" döyüş gəmisi tərəfindən 25 avqust 2020-ci il tarixində Aralıq dənizinin şərqində birgə fəaliyyət apara biləmə imkanları və koordinasiyanın inkişaf etdirilməsi məqsədilə təlim həyata keçirilmişdir" ifadələri yer alıb.
"Hürriyet": Nazir Dönmez: "Bəyan edilən qazın miqdarının artırılması üçün fəaliyyətlər davam edəcək"
Enerji və Təbii Sərvətlər naziri Fatih Dönmez, Qara dənizdəki 320 milyard kubmetr qaz miqdarının artırılması üçün fəaliyyətlərin davam edəcəyini bildirib. İlk kəşflərin hər zaman tək bir quyu ilə edildiyini və ehtiyatın kəşfiyyat quyusu ilə açıqlandığını söyləyən Dönmez "Kəşf quyularını açacağıq və daha dəqiq nəticələr əldə edəcəyik. Bərəkətli bir sahədir, nəticələr bunu göstərir bunu göstərir" deyib.
"Star": Türkiyənin etdiyini çox az edəcək ölkə var"
Mərkəzi qərargahı Dubayda yerləşən müşavirlik firması  "Hormuz Straits Partnership" direktoru Serkan Şahin Qara dənizdə kəşf edilən 320 milyard kubmetr təbii qaz ehtiyatının Türkiyə üçün bir başlanğıc olduğunu söyləyib. Şahin "Türkiyə Neft Şirkətinin (TPAO) 2 min metr qazma işlərini bir ay kimi qısa müddətdə reallaşdırması həyəcanla qarşılandı. Dünyada bunu edə biləcək çox az ölkə var. Bu müvəffəqiyyət işlərin davam etməsinə Türkiyənin karbohidrogen axtarışlarına sürət qazandıracaq" ifadələr diqqəti cəlb etdi.
"Sabah": Berat Albayrak: Heç kəs Türkiyəni məğlub edə bilməz"

Yeni tip koronavirus prosesinin başladığı tarixdən sonra Türkiyə iqtisadiyyatı sürətlə bərpa olunur. Emal sənayesi potensialdan istifadə nisbəti avqust ayında bir əvvəlki ay ilə müqayisədə 2,6 bal artaraq 73,3-ə çatıb. Nəticələri qiymətləndirən Xəzinə və Maliyyə naziri Berat Albayrak "Heç kim bizi məğlub edə bilməz" deyib.
"Yeni Şafak": "Formula-1" yarışları yenidən İstanbulda 
İstanbul "2020 Formula-1" Dünya Çempionatının 14-cü yarışlarına ev sahibliyi edəcək. 2011-ci ildə "F1" yarışının keçirildiyi İstanbul Park yolu yeni növ koronavirusun (Covid-19) yayılması səbəbiylə yenilənən 2020 təqviminə daxil edilib. 



Әlaqәli Xәbәrlәr