Türkiyə mətbuatı, 25 avqust 2020

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1478606
Türkiyə mətbuatı, 25 avqust 2020

"Yeni Şafak": Prezident Ərdoğan: "Yunanıstan ərköyünlük edir"
Prezident Rəcəb Tayyib Ərdoğan Yunanıstanın "Navtex" elanının bölgədəki bütün gəmilərin sahil və naviqasiya təhlükəsizliyinə təhlükə yaradan bir hərəkət olduğunu söylədi. Ərdoğan "Bundan sonra bölgәdә yaşana bilәcәk hәr gәrginliyin sәbәbkarı Yunanıstandır, zәrәr görәn dә yenә bu ölkәnin özü olacaq. Türkiyә nә ‘‘Oruç Reis’’ gәmisinin, nә dә ona müşayiәt edәn donanma ordusunun  fәaliyyәtlәrindәn geri addım atmayacaq, әksinә haqqını vә maraqlarını qorumaq mәsәlәsindә qәtiyyәtli şәkildә hәrәkәt edәcәk’" dedi.
"Sabah": Ərdoğan: Aralıq dənizindən təbii qazla әlaqәdar  müjdәli xəbər gәlәcәk"
Prezident Ərdoğan Qara dənizdə 320 milyard kubmetr təbii qazın kәşfindәn sonra Aralıq dənizindən yaxşı xəbər alacaqlarına ümid etdiyini söylədi. Ərdoğan "Oruç Reis" gəmisi və onu müşayiət edən donanmanın fəaliyyətlərindən ən kiçik addım geri atmayacağını bildirdi.
"Vatan": Türkiyədən Yunanıstana qisas! Döyüş gəmiləri yola düşdü
"Yunanıstanın "Oruc Reis"'in fəaliyyət sahәsindә tәlim hәyata keçirәcәyini açıqlamasından sonra Türkiyə ilk reaksiyasını verdi. Milli Müdafiə Naziri Hulusi Akar Afina rəhbərliyinin verdiyi qərarın gərginliyi artıracağını vurğuladı. Türkiyәnin Şərqi Aralıq dənizindəki fəaliyyətlərində haqlı olduğunu söyləyən Akar "Bizә tapşırılan vәzifәni indiyәdәk әn yaxşı şəkildə yerinә yetirdik, bundan sonra da bunu davam etdirәcәyik" dedi.
"Star": Qara dənizdə daha böyük qaz potensialı var

Prezident Aparatının sözçü İbrahim Kalın Türkiyәnin Qara dәnizdәki Sakarya qaz sahәsindә 320 milyard kubmetr təbii qaz ehtiyatlarının kəşfinin başlanğıc olduğunu bildirәrәk, "Texniki ekspertlәrimiz bizә daha böyük bir potensialın olduğunu söyləyirlər" dedi. Kalın, "Kəşfiyyat və qazma işləri eyni anda davam edəcək" ifadəsini işlәdib.
"Haber Türk": İyul ayında turizmdə böyük artım
İyul ayında Türkiyəyə gələn turistlərin sayı bir əvvəlki ay ilә müqayisәdә 4 dəfədən çox artaraq 214 min 768 adamdan 937 nəfərə 932 minə yüksəlib. İyul ayında Türkiyəyə gələn turist sayına görә İstanbul birinci Antalya ikinci və üçüncü yerdә Edirne yer alıb.



Әlaqәli Xәbәrlәr