Türkiyə mətbuatı, 20 avqust 2020

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1476073
Türkiyə mətbuatı, 20 avqust 2020

"Sabah": Ərdoğan: "Şərqi Aralıq dənizində tətbiq olunması üçün təzyiq edilən Sevrlərə boyun əyməyəcəyik"
Prezident Rəcəb Tayyib Ərdoğan paytaxt Ankarada yerləşən sənaye parkında Kalyon Günəş Texnologiyaları fabrikinin açılış mərasimində etdiyi çıxışında Şərqi Aralıq dənizindəki vəziyyətlə əlaqədar deyib ki, bir əsr əvvəl bir millət olaraq Sevri (Müqaviləni) pozduğumuz kimi, bu gün də Şərqi Aralıq dənizində ölkəmizə tətbiq edilməyə çalışılan Sevrlərə baş əyməyəcəyik.
"Vatan": Prezident köməkçisi Fuad Oqtay Dünya Humanitar Yardım Günü paylaşımı etdi
Fuad Oqtay dünən Dünya Humanitar Yardım Günü üçün sosial media hesabında "#DünyaİnsaniYardımGünü" etiketini paylaşıb. Oqtay humanitar yardımlarda lider ölkə  Türkiyənin məzlumların ümidi olduğunu söylədi.
"Hürriyet": Çavuşoğlu Stoltenberq ilə telefonla danışdı 
Xarici İşlər naziri Mövlud Çavuşoğlu və NATO Baş katibi Yens Stoltenberq telefonla danışdılar. Telefon söhbətində Şərqi Aralıq dənizi məsələsi müzakirə edildi.
"Star": Nazir Dönmez: "Heç kim bizim səlahiyyət sahəmizə göz qoymasın"
Enerji və Təbii Sərvətlər naziri Fatih Dönmez Türkiyənin heç kimin haqqında və malında gözü olmadığını bildirərək "Ancaq xahiş edirəm kimsə də bizim səlahiyyət sahələrimizə göz qoymasın. Xüsusilə Yunanıstan son dövrdə sahədə mövcudluğunu göstərə bilmədiyi üçün özünü Avropa İttifaqı kimi bəzi xarici qüvvələrə söykənərək haqlı göstərməyə cəhd edir, ama son dərəcə açıq və dəqiq olaraq deyirəm, Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Dəniz Qanununa görə haqlıyıq" dedi.
"Haber Türk": "Bayraktar AKINCI TİHA" 20 min fut yüksəklik sınağını müvəffəqiyyətlə tamamladı
"BAYKAR" şirkəti tərəfindən yerli və milli qurğularla hazırlanan "Bayraktar AKINCI TİHA"-nın ikinci prototipi (pilotsuz hücum uçuş aparatı) ikinci uçuş sınağını müvəffəqiyyətlə tamamladı. "Bayraktar AKINCI TİHA" sınaq uçuşu zamanı orta hesabla 20 min fut (təxminən 6.1 km) yüksəklikdə 2 saat 26 dəqiqə havada qaldı.



Әlaqәli Xәbәrlәr