Türkiyә mәtbuatı: 12 avqust 2020

Türkiyә mәtbuatında bu gün dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1471385
Türkiyә mәtbuatı: 12 avqust 2020

 

Türkiyә mәtbuatında bu gün dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

‘‘Sabah’’: Erdoğandan Şәrqi Aralıq dәnizi ilә bağlı zirvә görüşü hәmlәsi

Tüürkiyә prezidenti Rәcәb Tayyib Әrdoğanın Almaniya kansleri Angela Merkelin xahişi ilә Yunanıstanın artırdığı gәrginliyi azaltmaq ilә bağlı atdığı addımlara baxmayaraq rәsmi Afinanın  Misir ilә bağladığı son müqavilә gәrginliyi yenidәn artırdı. Әrdoğanın bu hәftә Maerkel ilә telefon әlaqasi saxlayacağı bildirilib. Görüşdә Әrdoğanın Aralıq dәnizi ilә bağlı etdiyi çağırış müzakirә edilәcәk.

‘‘Haber Türk’’: Mövlud Çavuşoğlu Şәrqi Aralıq dәnizi ilә bağlı açıqlama verib

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu Türkiyәnin Şәrqi Aralıq dәnizindә xoşniyyәt göstәricisi olaraq müvәqqәti jestlәr etdiyini ancaq Yunanıstanın buna mәnfi cavab vermәsi sәbәbindәn Türkiyәnin gәmilәrini yenidәn bölgәyә göndәrdiyini bildirib. Türkiyәnin mәsәlә ilә bağlı qәtiyyәtini vurğulayan Çavuşoğlu deyib: ‘‘Şәrqi Aralıq dәnizindә vә Kıbrısda hәm Türkiyәnin, hәm dә Kıbrısdakı Türklәrin hüquqlarını sonunadәk müdafiә etmәyә davam edәcәyik.Hazırda heç kim bizә xoşniyyәt nümayiş etdirmәdiniz deyә bilmәz. Bu sәbәbdәn günahlandıracaqlarsa Yunanıstanı günahlandırmalıdırlar’’.

‘‘Hürriyet’’: “Türkiyә bütün tәdbirlәri gördü’’

Türkiyәnin milli müdafiә naziri Hulusi Akar Türkiyənin Şərqi Aralıq dənizindəki haqları, maraqları və mənfəətlərini qorumaq üçün istənilən bütün tədbirlərin görüldüyünü söyləyib. Hulusi Akar Şərq Aralıq dənizində Türkiyə və Şimali Kıbrıs Türk Cümhuriyyətinin yer almadığı heç bir layihənin yaşama imkanının olmadığını, heç bir oldu-bitdiyə icazə verilməyəcəyini bildirib.
Milli müdafiә naziri Hulusi Akar ‘‘Oruc Rәis’’ seysmik tәdqiqat gәmisinin Hәrbi Dәniz Komandanlığı tәrәfindәn qorunacağını vurğulayıb.

‘‘Yeni Şafak’’: “Türkiyә yalnız deyil’’

Şәrqi Aralıq dәnizindәki  hüquqlarını müdafiә edәn Türkiyәyә  bir dәstәk dә Pakistandan gәldi. Pakistanda yazılan  ‘‘Turkeyisnotalone’’ hastaqına gәlәn onminlәrlә dәstәk  Pakistanın Türkiyәyә olan sevgisini bir daha göstәrdi.

‘‘Star’’ Türkiyә Ermәnistana reaksiya göstәrib

Türkiyәnin Xarici İşlәr Nazirliyi 100 il sonra Serv Müqavilәsini gündәmә gәtirәn Ermәnistana reaksiya göstәrib. Açıqlamada qeyd olunub ki, Ermәnistan orqanları tәcavüzkar siyasәtdәn әl çәkmәlidir.

 

 

 



Әlaqәli Xәbәrlәr