Türkiyə mətbuatı, 28 iyul 2020

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi.

1463028
Türkiyə mətbuatı, 28 iyul 2020

"Yeni Şafak": Ərdoğan ilə Putin arasında baş tutan telefon danışığı
Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub.
Prezident Aparatı Mətbuat Xidmətinin bununla bağlı məlumatına görə, telefon söhbətində Türkiyə-Rusiya əlaqələrini gücləndirəcək addımlar qiymetləndirilərək, Azərbaycan-Ermənistan arasındakı gərginliklə Suriya ve Liviya başda olmaqla regional mövzular müzakirə olunub. 
Prezident Ərdoğan və Vladimir Putin ikitərəfli əlaqələr və regional mövzularda əməkdaşlıq və dialoqu davam etdirmək mövzularında razılaşıblar.
"Haber Türk": Ərdoğan: "Ayasofya, ibadət yeri olaraq xidmət göstərməyə davam edəcək"
Prezident Rəcəb Tayyib Ərdoğan "Ayasofyanın yenidən ibadətə açılması Türkiyənin suverenlik haqqlarını istifadə etməkdə qərarlığınının hələlik son nümunələrindəndir. Buranın məsciddən muzeyə necə döndüyündən danışmıram. İndi isə Ayasofyanın sıravi bir muzey əvəzinə quruluş məqsədinə uyğun ibadətxana olaraq istifadə edilməsinin hər inancdan olan adamı xoşbəxt etdiyinə inanırıq" deyib. Ərdoğan Ayasofya məscidinin ibadət yeri olaraq xidmətini davam etdirəcəyini bildirib.
"Star": Yunanıstanlı keşiş: "Türklər olmasaydı Ayasofya bağlanardı"
Yunanıstanlı keşiş Evangelos Papanikolaou, "Ayasofyanı qoruyan Türklər olmasaydı Ayasofya çoxdan bağlanardı"' deyib. Papanikolaou Türklərin keçmişdə Giritdəki heç bir kilsəni bağlamadığını, ancaq Yunanıstanda bir çox monastır və kilsənin bağlandığını vurğulayıb. Papanikolaou "Ayasofya kimi böyük bir tikilini kim qoruyacaq idi? Türklər qorudu" deyib.
"Hürriyet": Nazir Albayrak: "İqtisadiyyatımız addım-addım dirçəlir"
Xəzinə və Maliyyə naziri Berat Albayrak "İqtisadiyyatımız addım-addım dirçəlir. İyul ayında aylıq etibarlılıq göstəriciləri xidmət sektoru 20,2%, pərakəndə satış 9,6% və inşaat sektoru ticarətin 11,6% artımı sevindiricidir. Türkiyə iqtisadiyyatı ilə bağlı pessimist proqnozların nəticəsinin yenə puça çıxacağına ümid edirəm" deyib.
"Vatan": Birja İstanbulda "BIST TÜM" indeksində dalbadal rekord qırıldı
Birja İstanbulda mövcud bütün səhmlərin daxil edilməsi ilə hesablanan "BIST TÜM" indeksi dünən bütün dövrlərin ən yüksək səviyyəsinə çatdı. "BIST TÜM" indeksi dünən 0,53 artımla 1,315,05 bal artımla tamamladı və ayrıca yekun rekord qırdı.



Әlaqәli Xәbәrlәr