Türkiyə mətbuatı, 24 iyul 2020

“Hürriyet”, “Yeni Şafak”, “Sabah" və “Haber Türk” bu gün nələrdən yazır?

1460956
Türkiyə mətbuatı, 24 iyul 2020

 

“Hürriyet”: Türkiyədən Fransaya çox sərt reaksiya

  Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumatda bildirilir: "Fransa Şərqi Aralıq dənizində atdığı hər səhv addımla tərəfsizliyini və sabitliyə töhfə şansını itirir. Fransa artıq özünü aynada nəhəng görməkdən vaz keçməli, sağlam fikirli və şüurlu siyasət izləməlidir".

“Yeni Şafak”: Kalın “Təhdid və ya sanksiya ifadələrini əsla qəbul etmərik" dedi

  Türkiyə Prezident Aparatının (Cumhurbaşkanlığı) sözçüsü İbrahim Kalın çıxışında: "Şərqi Aralıq dənizindəki bütün təbii qaynaqların ədalətli şəkildə paylaşılmasını istəyirik. Biz yalnız haqqlarımızı qorumaq üçün oradayıq. Təhdid və ya sanksiya ifadələrini əsla qəbul etmərik", - dedi.

“Sabah": Ayasofya üçün xüsusi pul

  Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak zərbxananın Ayasofya üçün xüsusi pul basdığını bildirib. Sosial media hesabından Albayrak yazıb: "Zərbxanamız tərəfindən basılan #AyasofyaCamii xüsusi pulumuzla tarixə daha bir xatirə buraxırıq".

“Haber Türk”: Azərbaycan xarici işlər naziri “Türkiyə pis gündə Azərbaycanın yanında oldu" dedi

  Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın hücumlarına qarşı Türkiyə səlahiyyətlilərindən gələn dəstək mesajlarının qardaş Türkiyə xalqının pis gündə Azərbaycanın yanında olmasının açıq nümunəsi olduğunu ifadə etdi.



Әlaqәli Xәbәrlәr