Türkiyǝ mǝtbuatı: 10 iyul 2020

Türkiyǝ mǝtbuatında dǝrc olunan bǝzi xǝbǝrlǝrin xülasǝsi.

1452512
Türkiyǝ mǝtbuatı: 10 iyul 2020

 

Türkiyǝ mǝtbuatında dǝrc olunan bǝzi xǝbǝrlǝrin xülasǝsi

‘‘Haber Türk’’: Ümumdünya Sǝhiyyǝ Tǝşkilatının Avropa üzrǝ müdiri Hans Kluqe Türkiyǝ ilǝ bağlı açıqlama verib.

Ümumdünya Sǝhiyyǝ Tǝşkilatının Avropa üzrǝ müdiri Hans Kluqe Türkiyǝnin yeni növ koronavirusa qarşı müvǝffǝqiyyǝtlǝ mübarizǝ apardığını deyib. Kluqe Türkiyǝnin yeni növ koronavirusla mübarizǝ çǝrçivǝsindǝ 135-dǝn çox ölkǝyǝ tibbi lǝvazimat göndǝrdiyini xatırladıb.

‘‘Vatan’’: Türkiyǝ iqtisadiyyatı inkişaf edir

Türkiyǝ Mǝrkǝzi Bankı telekonftans formatında investorlarla iclas keçirib. İclasda pandemiya dövründǝ Türkiyǝ iqtisadiyyatının performansı, gözlǝntilǝr, yeni nov koronavirus böhranının iqtisadiyyata tǝsiri, sǝhiyyǝ sistemi kimi mǝsǝlǝlǝr  müzakirǝ olunub.Verilǝn bǝyanatda ölkǝ iqtisadiyyatının inkişaf etdiyi bildirilib.

‘‘Yeni Şafak’’: Türkiyǝ ǝrazisinin 15.355 %-i meşǝ ilǝ örtülüdür.

World Bank Datanın mǝlumatına görǝ, son 30 il ǝrzindǝ dünyada meşǝ ilǝ örtülü ǝrazi azalıb. Mǝlumatda qeyd olunub ki, bu müddǝt ǝrzindǝ Türkiyǝdǝki meşǝ ilǝ örtülü sahǝlǝr genişlǝndirilib. Mǝlumata görǝ, 1990-cı ildǝ Türkiyǝ ǝrazisinin 12.502 %  meşǝdǝn ibarǝt olub. 2016-cı ildǝ isǝ Türkiyǝ ǝrazisinin  15.355%-i meşǝ ilǝ örtülü olub.

‘‘Hürriyet’’: Avropanın ǝn gözǝl 15 şǝhǝri seçildi.

Mǝrkǝzi Nyu Yorkda yerlǝşǝn  Trevel Leisure jurnalı Avropanın ǝn gözǝl 15 şǝhǝrini seçib. Mǝlumata görǝ, 88.14 xal toplayan  İstanbul siyahının ikinci pillǝsinǝ qǝrarlaşıb.



Әlaqәli Xәbәrlәr