Türkiyə mətbuatı, 9 iyul 2020

“Haber Türk”, “Sabah”, “Vatan”, “Hürriyet” və “Star” bu gün nələrdən yazır?

1451769
Türkiyə mətbuatı, 9 iyul 2020

 

“Haber Türk”: Xarici işlər naziri Çavuşoğlu İngiltərənin baş naziri Boris Consonla görüşdü

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iyulun 8-də İngiltərənin baş naziri Boris Consonla görüşdü. İngiltərə görüşlərində Liviya mövzusunun da müzakirə olunduğunu bildirən Çavuşoğlu: "Birləşmiş Krallıq da, biz də ən yaxşı həllin siyasi danışıqlar yolu olduğunu düşünürük", - dedi.

“Sabah”: Kalından Liviya şərhi

  Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın ölkənin Liviyada qanuni Trablus hökumətinə dəstəyinin bundan sonra da davam edəcəyini vurğuladı: “Türkiyə Liviya qanuni hökumətinin istəyi ilə dekabr ayında Hərbi Əməkdaşlıq və Təhlükəsizlik Müqaviləsi imzaladı. Bu razılaşma çərçivəsində Birləşmiş Millətlər Təşkilatının da qəbul etdiyi qanuni hökumətə dəstək veririk. Liviyada Türkiyənin müdaxiləsiylə qarşıdurmaya bir tarazlıq gətirildiyi də artıq hər kəsə məlumdur."

“Vatan”: Nazir Karaismailoğlu Ovezovla danışdı

  Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu iyulun 8-də Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Bayramgeldi Ovezovla videokonfrans yolu ilə danışıb. Söhbət zamanı quru, dəmir, dəniz və hava yolları sahəsinə toxunulub, “Covid-19” epidemiyasından sonra normallaşma dövründə nəqliyyatda mövcud əlaqələrin daha da inkişaf etdirilərək irəliyə aparılması məqsədiylə atılacaq addımlar müzakirə edilib.

“Hürriyet”: “Turkish Cargo”nun bazar payı artdı

  Türkiyə Hava Yollarının (THY) baş direktoru Bilal Ekşi iyun ayında “Turkish Cargo”nun dünya səviyyəsindəki payının 5 faizə çatdığını “twitter”dən bu sözlərlə paylaşıb: "Sərnişin təyyarələrimizlə mövcud yük flotumuzu dəstəklədik. Havadakı hər 20 yükdən 1-ini biz daşıdıq."

“Star”: A Milli Komandası 3 sentyabrda Sivasda oynayacaq

  A Milli Komandası UEFA Xalqlar Liqasında ilk matçını Macarıstanla 3 sentyabrda Sivasda oynayacaq.  



Әlaqәli Xәbәrlәr