Türkiyә mәtbuatı: 8 iyul 2020

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1451067
Türkiyә mәtbuatı: 8 iyul 2020

 

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

‘‘Hürriyet’’: Nazir Soylu terror tәşkilayı PKK-ya ağır zәrbәlәr endirildiyini bildirib.

Türkiyәnin Daxili İşlәr Naziri Süleyman Soylu aparılan müvәffәqiyyәtli әmәliyyatlarla separatçı terror tәşkilatı PKK-ya fiziki vә psixoloji cәhәtdәn ağır zәrbәlәr endirildiyini bildirib. Soylu deyib: ‘‘PKK terrorçuları mağaralarını belә istifadә edә bilmir. PKK terrorçuları  bu gün bir-biri ilә  simsiz rabitә vasitәsilә dә әlaqә saxlaya bilmirlәr’’.

 

‘‘Sabah’’: Mustafa Şentop yenidәn Türkiyә Böyük Millәt Mәclisinin sәdri seçilib

Әdalәt vә İnkişaf Partiyasının Tekirdağ üzrә millәt vәkili Mustafa Şentop Türkiyә Böyük Millәt Mәclisindә keçirilәn sәsvermәdә yenidәn TBMM-nin sәdri seçilib.

Parlamentdə təşkil olunan səsvermədə beş namizəd mübarizə aparıb. Sәsvermә prosesindә 557 millәt vәkili iştirak edib.

Hakim Ədalət və İnkişaf Partiyası (AKP)  tərəfindən Mustafa Şentop vahid namizəd olaraq irəli sürüb. O, 328 səslə Türkiyə Böyük Millət Məclisinin sədri seçilib.

 

‘‘Yeni Şafak’’: Türkiyәyә tәşәkkür mәktubu

Serbiyadakı Bosniya vǝ Herseqovina Milli Şurasının sǝdri Jasmina Kurik Türkiyǝ prezidenti Rǝcǝb Tayyib Әrdoğana tǝşǝkkür edib.

Kurikin prezident Әrdoğana ünvanladığı mǝktubda deyilir: ‘‘Göndǝrdiyiniz tibbi lǝvazimat, dǝrman vǝ avadanlıq bölgǝ xalqı üçün hǝyati ǝhǝmiyyat daşıyır.’’.

Kurik bildirib ki, bu hǝmrǝylik Sancak xalqı ilǝ Türkiyǝdǝki Sancak ǝsilli bosniyalıların Türkiyǝ, Serbiya vǝ Monteneqro arasında sarsılmaz bir körpü olduğunu bir daha göstǝrib. Göndǝrilǝn tibbi lǝvazimat Türkiyǝnin yardıma  ehtiyacı olan ölkǝlǝrlǝ hǝmrǝy olduğunun göstǝricisidir.

Sancak bölgǝsinǝ göndǝrilǝn tibbi lǝvazimatın ‘‘Covid-19’’ epidemiyasının mǝnfi tǝsirlǝrini azaldacağını bildirǝn Kurik Türkiyǝ prezidentinǝ tǝşǝkkür edib.

Qeyd edǝk ki, Jasmina Kurik Türkiyǝ prezidenti Rǝcǝb Tayyib Әrdoğana mǝktub ünvanlayaraq ondan koronavirusla mübarizǝ çǝrçivǝsindǝ yardım istǝmişdi.

Türkiyǝ prezident Rǝcǝb Tayyib Әrdoğanın tǝlimatı ilǝ iyulun 4-dǝ Sancak bölgǝsinǝ tibbi lǝvazimat göndǝrmişdi.


‘‘Haber Türk’’: Dünya epidemiya dövründә Türkiyәnin meyvәlәrini istehlak etdi

Yeni növ koronavirus ilә mübarizә aparıldığı dövrdә Türkiyә 606,5 milyon dollar mәblәğindә meyvә qurusu ixrac edib. Türkiyә bu çәrçivәdә 222,1 milyon dollar mәblәğindә kiçmiş vә 114,9 milyon dollar mәblәğindә dә әrik qurusu ixrac edib.

 

‘‘Star’’: Ukraynalı turistlәr: ‘‘Türkiyә turistlәri ovsunlayır’’

Türkiyәyә gәlәn ukraynalı turistlәr koronavirusla bağlı görülәn tәdbirlәr sayәsindә etibarli istirahәt edir. Türkiyәdә maska vә sosial mәsafә qaydalarına riayәt edildiyini bildirәn ukraynalı turis Katerina Tretyak deyib: ‘‘Türkiyә turistlәri ovsunlayır. Türkiyәnin xüsusi reklama ehtiyacı yoxdur’’
 



Әlaqәli Xәbәrlәr