Türkiyə mətbuatı, 1 iyul 2020

Türkiyә mәtbautında bu gün dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1446630
Türkiyə mətbuatı, 1 iyul 2020

"Star": Çavuşoğlundan Macrona sərt reaksiya: "Qiyamçını dəstəkləyir"
Xarici işlər naziri Mövlud Çavuşoğlu Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Szijjarto ilə birlikdə keçirdiyi mətbuat konfransında Fransa prezidenti Emmanuel Makronun Liviya ilə bağlı söylədiklərinə cavab olaraq, "BMT Təhlükəsizlik Şurasının qətnaməsinə müxalif olanı dəstəkləyir. Fransa dürüst davranır? Xeyr. Amma bütün həqiqətlər ara yerdədir, hesabatlar da eləcə. Silahların pulunu Əbu-Dabi verir, amma bunu verən Fransadır.
"Hürriyet": Dünyanın yalnız yeddi ölkəsi istehsal edə bilir ... Türkiyə də uğur qazandı
Prezident müavini Fuad Oqtay İnvestisiya mühitinin yaxşılaşdırılması üzrə Koordinasiya Şurasının iclasında "Dünyada sadəcə 7 ölkədə istehsal edilən, sərhəd-keçid məntəqələrində qeyri-qanuni ticarətin qarşısını almaq üçün x-ray sistemləri ilə maşın və konteyner yoxlama sistemi prototipini, MİLTAR layihəsi çərçivəsində yerli və milli olaraq istehsal etməyə başladıq" dedi.
"Vatan":Türkiyə dəniz kəşfiyyatında ən yuxarı liqaya çıxır

Bu il istifadəyə veriləcək TCG Ufuk adlı gəmi Türkiyəni dənizdən kəşfiyyat əldə edilməsində böyük gücə qovuşduracaq. Mütəxəssislərin 'Bu sahədə ən yüksək liqaya qalxırıq' tərzində xarakterizə etdiyi gəminin Aralıq dənizindəki tarazlıqlara da birbaşa təsir edəcək.
"Sabah": Avropalılara çağırış edildi ki, tətil üçün ən etibarlı ölkə Türkiyədir
Türkiyə ilə Almaniya arasında "hava körpüsü" rolunu üzərinə götürən "SunExpress" şirkətinin yüksək səviyyəli vəzifəlisi Max Kovnatzki Türkiyənin yeni növ koronavirus (Covid-19) epidemiyası prosesində tətil üçün "qətiyyətli olaraq etibarlı yer olduğunu" söylədi.
"Yenişafak": Türkiyə vətəndaşı şagird elm yarışmasında qızıl medal qazandı
Rusiyada hər il təşkil edilən Beynəlxalq Elmi Əsaslar yarışmasında 5-ci sinif şagirdi Begüm Tofan riyaziyyatda birinci yeri tuturaq qızıl medal qasandı. Müəllimləri şagirdin uğurunun arxasında çox işləmək və analitik düşüncəyə verdiyi əhəmiyyət olduğunu söylədilər.



Әlaqәli Xәbәrlәr