Türkiyə mətbuatı, 29 iyun 2020

Türkiyә mәtbautında bu gün dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1445331
Türkiyə mətbuatı, 29 iyun 2020

"Star": Tufeyli: "Ərdoğan Liviyada sabitliyin bərqərar olması üçün səy göstərir”

Livandakı şiə alimlərdən Şeyx Subhi Tufeyli prezident Rəcəb Tayyib Ərdoğana qarşı Fransa, Rusiya, İtaliya və İsrailin yanında dayanmağın məqsədəuyğun olmadığını bildirib. “Ərdoğan xalqların maraqları və Liviyanın sabitliyi üçün səy göstərir” deyən Şeyx Tufeyli Türkiyənin Liviyada, Fransa və İsrailin iddialarına qarşı dayandığını vurğulayıb.

"Sabah: Terrorçulara məxsus 24 sığınacaq və mağarada silah-sursat ələ keçirildi

Milli Müdafiə Nazirliyi İraqın şimalındakı separatçı terror təşkilatı PKK üçün təşkil edilən Pəncə-Qaplan əməliyyatında aşkarlanan 24 sığınacaq və mağarada xeyli sayda silah-sursat, eləcə də həyati əhəmiyyətli vəsaitin ələ keçirildiyini açıqlayıb. Açıqlamada iyunun 17-də başlanan əməliyyatın planlaşdırıldığı kimi uğurla davam etdiyi bildirilib.

"Hürriyet": Türkiyədə külək enerjisindən istifadə edilməsində fəaliyyətlər davam edir

 Türkiyə son dövrdə ümumi elektrik istehsalında alternativ enerjinin payına görə rekordunu təzələyir. Buna səbəb son illər artan alternativ enerji sərmayələrinin payının olduqca yüksəlməsidir. Türkiyə külək enerjisində qət edəcəyi yolun hələ 10 faizini tamamlayıb. Hazırda külək enerjisində ümumilikdə 8 min meqavat gücə malik ölkənin 80-90 min potensialı var.

"Haber Türk: “Türkiyə ingilislərin səyahət dəhlizi sırasındadır”

İngiltərə hökuməti iyulun 6-dan sonra bəzi ölkələrlə səyahət dəhlizi açmağa hazırlaşır. Bu ölkələr arasında Türkiyənin də yer aldığı bildirilib. Bu xəbərdən sonra turizm şirkətləri tətil rezervasiyalarında sıxlıq yaşandığını açıqlayıb. İngiltərənin səyahət dəhlizi açacağı ölkələrin tam siyahısının gələn həftə açıqlanacağı gözlənilir. Yeni Şafak: “Pandemiya Bursa turizmində fürsətə çevrilir”

Bursanın sağlam tətil anlayışının ən vacib nöqtələrindən biri olması istiqamətində addımlar atılır. Şəhərdə yeni normal yaşayış şərtlərinə uyğun olaraq planlaşdırılan turizm siyasətində başlıca yeri gəzinti, düşərgə və karvan turizmi tutur. Bursa Uludağı, yaylaları, gölləri və dənizi ilə bütün təbiətsevərlərə xitab edən coğrafi quruluşu ilə diqqət çəkəcək.



Әlaqәli Xәbәrlәr