Türkiyə mətbuatı, 24 iyun 2020

“Yeni Şafak”, “Sabah”, “Hürriyet”, “Star” və “Vatan" bu gün nələrdən yazır?

1442094
Türkiyə mətbuatı, 24 iyun 2020

 

“Yeni Şafak”: Fransa prezidenti Makronun həyasız sözlərinə Türkiyədən sərt reaksiya

  Türkiyə xarici işlər nazirliyinin sözçüsü Hami Aksoy deyib: "Fransa prezidenti Makronun ölkəmizin Birləşmiş Millətlər Təşkilatının qərarları çərçivəsində və tələbi istiqamətində Liviyanın qanuni hökumətinə verdiyi dəstəyi “təhlükəli oyun” adlandırması ağıl kəmliyi ilə izah edilə bilər".

“Sabah”: “Bild” qəzetindən Türkiyəyə tərif

  Almaniya kansleri Merkel Türkiyəyə səyahət məhdudlaşdırmasını davam etdirərkən turist kimi Antaliyaya gələn “Bild” qəzetinin müxbiri Maykl Kvant (Michael Quandt) Türkiyənin korona virusu epidemiyasına qarşı gördüyü tədbirlərin addım-addım təqib edildiyindən yazıb: "Antaliya Havalımanı Berlin-Tegel Havalımanından daha yaxşıdır. Təhlükəsizlik xidməti işçiləri belə tibbi maska taxır”.

“Hürriyet”: Müdafiə sənayesi rəhbəri mikropeyk göndərmə tarixini açıqladı

  Türkiyə Prezident Aparatı Müdafiə Sənayesinin rəhbəri İsmayıl Dəmir mikropeykin “Covid-19”dan təsirlənmədiyini bildirərək: “Türkiyə artıq peyk şirkəti sahibi olacaq. Alçaq orbit peykləri ilə əlaqədar işlər görülür. Mikropeykin kosmosa 2025-ci ildə göndərməyi planlaşdırmışıq", - deyib.

“Star”: Türkiyənin NATO-dakı yeni hərbi qurumu

  Türkiyə Dəniz Təhlükəsizliyi Mükəmməl Mərkəzi Komandanlığı (MARSEC COE) Türkiyənin NATO-da qeydiyyatdan keçən ikinci, NATO-nun isə 26-cı “Mükəmməl Beynəlxalq hərbi qurum” statusunu qazandı.

“Vatan": Türkiyə şirkətləri İndoneziyada fəaliyyətlərini qura bilər

  İndoneziya İnkişaf və Məskən naziri Basuki Hadimuljono Türkiyədən gələcək sərmayələrin ünvanlarını göstərərək: "Türkiyə şirkətləri Asiya bazarına girmək üçün İndoneziyadan istifadə edə bilər", - deyib.



Әlaqәli Xәbәrlәr